UŞAQLARDA QISQANCLIQ
Qısqanclıq həyatın hər dövründə yaşanan bir duyğudur. Qısqanclıq gözlənilən maraq, diqqət, sevgi və şəfqət əksikliyinə verilən təbii bir cavabdır. Uşaqlıqda bu hislər artıq 2 yaşından etibarən baş qaldırır. Uşaq, hər kəsin özündən daha yaxşı olduğunu və özünün hər kəsdən daha az sevildiyini düşünməyə başlayır. Amma ailəyə ikinci uşaq gəldiyi zaman bu hislər daha da gərginləşir. […]