“Bir məsələni və ya hadisəni çox düşünmək problemdir” – Psixoloq danışdı
“İnsanı digər canlılardan fərqləndirən xüsusuiyyətlərdən biri də onun düşünə bilən varlıq olmasıdır. Bir məsələni və ya həyatındakı hansısa hadisəni çox düşünmək əslində bir problemdir. Bu insanın həyatına da mənfi təsir edir. Məsələn, hər hansı bir qərarı qəbul etmə prosesini ləngidir və mane olur”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, […]
Tətil günlərində uşaqların vaxtını səmərəli keçirməsi üçün nə etmək lazımdır?
Tətil və bayram günlərində bağça və məktəblər bir müddət fəaliyyətini dayandırır. Bu günlərdə necə etmək lazımdır ki, uşaqlar həm öyrənsin, həm də ailəsi ilə birlikdə bu günləri əyləncəli keçirsin. Məsələnin psixoloji tərəfləri və tətil, bayram günlərində uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi, bütün bunların onların psixologiyasına təsirləri haqqında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan […]
Körpələrin yuxu rejimi
Uşaqlar dünyaya gəldiyi zaman bəzi xarakterik xüsusiyyətlərini də özləri ilə gətirirlər. Bunlardan biri də yuxu rejimidir. Bəzi uşaqlar üçün yuxu prosesi problemsiz keçsə də bəziləri üçün bu böyük bir problemə çevrilir. Bu səbəbdən də ilk növbədə uşağın inkişafına uyğun düzgün yuxu saatlarını bilməliyik ki, yuxu rejimi pozulanda tez qaydasına salaq. Körpə 3 ayına kimi gün […]
Hamiləlik dövründə stress
Yaşından asılı olmayaraq müasir insanların həyat tərzinə çevrilən stress psixoloji və fiziki patologiyaların inkişafına yol aça bilir. Əsrin xəstəliyi sayılan bu stress nəticəsində şəkərli diabet, qan dövranı pozğunluqları, nevroz, hətta infakt kimi ciddi xəstəliklərin yaranma təhlükəsi olduqca böyükdü. Bir müddət öncə Oksford Universitetinin alimləri apardığı elmi tədqiqatlar nəticəsində belə qərara gəliblər ki, stresslə immunitet sistemi […]
Doğuşdan sonra qadınlar niyə depressiyaya düşür?
Doğuşdan sonra yaranan yorğunluq və gücsüzlük gənc ananın psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər. Doğuşdan sonra yaranan depressiya da bütün dünya üzrə milyonlarla qadını maraqlandıran problemlərdən biridir. Medicina.az doğuş sonrası yaranan depressiyanın səbəblərini araşdırıb. Məlum olub ki, yaranan bu vəziyyətin səbəbi qəfil baş verən hormonal dəyişiklik, doğum səbəbindən yaranan stress, körpənin qayğısına qalma həyəcanı və s. olur. […]
Körpənin ilk ayı
Körpələr – bizə böyük xoşbəxtlik və sevinc bəxş edən zərif varlıqlar. Onların sağlamlığı yenicə qədəm qoyduqları dünyanın bütün təhlükələri qarşısında həddindən artıq müdafiəsizdir. Gələcəyimiz olan körpələri bu təhlükələrdən qorumaq, onların sağlam harmonik inkişafına nail olmaq bizim vəzifəmizdir. Körpəmizi sağlam böyütmək üçün kontaktda olduğu hər bir əşyanın keyfiyyətinə, ekoloji təmizliyinə ciddi nəzarət etməliyik. Çünki o sürətlə […]
Uşaqlarda depressiya
Ümumilikdə uşaqlar və depressiya sözlərini birlikdə işlətməsək də, statistika bizə məktəbəqədər yaşda hər yüz uşaqdan beşinin və yeniyetməlik dövründə hər yüz uşaqdan səkkizinin psixoloji pozğunluq əlamətləri olduğunu deyir. Uşaqlarda depressiya eyni böyüklərdə olduğu kimi yalnız bir səbəblə bağlı olmayıb, fiziki, ekoloji biokimyəvi faktların birləşməsi şəklində özünü göstərir. Onda necə başa düşək ki, uşağımız sadəcə kədərlidir, […]