Bəşər övladının həyatdakı ən vacib hədəfi xoşbəxt olmaqdır!

Biz xoşbəxtliyi bir çox fərqli sahədə axtarırıq; nailiyyətlərimiz, ailə həyatı, dostluq, akademik həyat, iş həyatımız və s. Bütün bu sahələrdə xoşbəxtliyimiz özümüzü tanımaq, ünsiyyət qurma bacarığımız, ətrafdakı davranışları düzgün analiz etmək və necə öyrəndiyimizi bilmək kimi bacarıqlarımıza bağlıdır. Başqa sözlə, özümüzü və insan davranışımızı niyə və necə başa düşməyimiz çox vacibdir.  Məhz burada psixologiya elmi insan davranışını anlamaq üçün bizə təklif olunan bir fürsətdir.

Missiyamız

Azərbaycan Respublikasında psixologiya elminin inkişafında, nəaliyyətlərində və təbliğində yaxından iştirak etmək.

Vizionumuz

Psixologiya sahəsində dünyada mövcud olan təcrübələri ölkəmizdə tətbiq edərək vətəndaşlara yüksək keyfiyyətli xidmət göstərmək.

Dəyərlərimiz

Yalnız təcrübəli və peşəkar mütəxəssislərlə çalışaraq psixoloji dəstəyə, məsləhətə və əqli problemlərdə köməyə ehtiyacı olan insanların yanında olmaq.

Haqqımızda

FİLİAL
0
TARİX
0 illik
MÜTƏXƏSSİS
0 +

“Sağlam Övlad, Xoşbəxt Ailə” devizi ilə 17 ilə yaxındır ki, hər uşağı öz balamız bildik, hər ailəni öz ailəmiz kimi qorumağa çalışdıq. Onların psixi sağlamlığı bizim vicdan rahatlığımız, hüzur mənbəyimiz oldu.

Peşəkar Narınc komandası ilə birlikdə mərkəzlərimizdə uşaqlara psixoloji, psixo-pedaqoji, loqopedik , klinik-refleksoloji, müalicəvi bədən tərbiyəsi istiqamətində xidmət göstəririk, həmçinin yeniyetmələr, yetkin insanlar və ailələrlə iş üzrə ayrıca şöbə də fəaliyyət göstərməkdədir.

Hər bir sağlam övlad gələcək sağlam ailənin təməlidir.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!