Uşaqlarda Hidrosefaliya xəstəliyi

Hidrosefaliya (yunan. “hidro” – su, “sefalon” – baş) zamanı beyinin mədəciklərinin ölçüləri artır. Bunun səbəbi beyində likvorun həcminin artmasıdır.Likvor beyinin mədəciklərində hazırlanan və beyinin normal fəaliyyəti üçün çox vacib olan xüsusi şəffaf suya oxşayan mayedir. Bu maye burada daim hazırlanır və daim da geri sovrulur. Likvorun geri sovrulması prosesində müxtəlif səbəblərə görə pozulmalar baş verə […]
Autik uşaqlarla rəftar

\Autist uşaqları olan valideynlər tez-tez özlərinə belə bir sual verirlər: Niyə bu məhz bizim başımıza gəldi? Bundan qaçmaq olarmı? Bu suala cavab yoxdur. Bir neçə versiya mövcuddur, lakin bunların heç biri tamamilə sübut edilməmişdir. Əvvəllər hesab edirdilər ki, autizm intellektin az olmasıdır. Hal-hazırda isə sübut edilmişdir ki, bu belə deyil. Autist uşaqlar arasında təxminən 30% […]
İnkişaf geriliyi

Nitq bacarığının formalaşması üçün psixi inkişaf normal səviyyədə olmalıdır.Nitq qarşısındakı insanın dediklərini eşitmək,anlamaq,cavabı beyində hazırlayıb,səsləndirmək kimi mürəkkəb bir prosesdir.Bu prosesin yaranması üçün səs və tənəffüs sistemi,artikulyasiya orqanları düzgün koordinasiyalı işləməli,eşitmə,görmə,hərəki bacarıqlar,emosiyalar lazımı qədər inkişaf erməlidir. Hər bir uşaq məlum yaş dövrlərində müəyyən bilik,bacarıq və vərdişlərə yiyələnməlidirlər.Bu bacarıqlara sahib olmamaq inkişafdan geri qalmaqdır.İnkişaf geriliyi özünü müxtəlif […]
Körpəm barmaqların ucunda gəzir…

Bir çox analar bu problemlə üzləşirlər. Təzə yeriməyə başlayan körpə barmaqların ucunda durur və yeriyir. Uşaq niyə belə edir? Bu hər hansı xəstəlikdir? — analar yorulmadan bu sualları bir birinə, qohumlara, tanışlara verir. Nəticədə ana stress vəziyyətinə düşür, uşağa «düzgün» yeriməyi öyrətməyə çalışır, həkimləri gəzir və s. Həkimlər belə hesab edirlər ki, yeriməyə başladıqda vaxtaşırı […]
Autik uşaqlar üçün pəhrizin faydaları

Autizmdən əziyyət çəkən uşaqların 85%-nin həzm sistemində ağır metal və digər toksinlər mövcuddur. Bununla əlaqədar olaraq pozulduğundan kazein (süd laxtası, pendir, qatığın susuz hissəsi), qlüten (buğda proteini) və spya proteinin quruluşundakı böyük molekullar həzm edilərək ən kiçik vahidə – aminasitlərə parçalana bilmirlər. Bu qidaların həzm edilməmiş protein hissələri qana keçərək immunitet sisteminin və beynin inkişafının […]
Bu günün aktuallığı – Autizm.

Autizm 3 yaşından əvvəl başlayan və ömrüboyu davam edən, uşağın sosial adaptasiya və ünsiyyət qurma bacarıqlarını, stereotip (təkarlanan) davranışlar müşahidə olunan, beyin inkişafını ləngidən bir narahatlıqdır. Bu qızlara nisbətən oğlanlarda daha çox rast gəlinir. Autizm öncələr düşünüldüyü kimi sevgi və diqqət azlığından, ünsiyyət əksikliyindən ya da uşağın keçmiş həyatı ilə bağlı psixoloji travmalarından qaynaqlanmır. Xəstəliyin […]
Daun sindromu

Daun sindromu 1866-ci ildən məlumdur. İngilis həkimi Lanqdan Daun xarakter xüsusiyyəti hesab olunan bu xəstəliyi bir qız uşağında müşahidə edib və onu “monqolizm” adlandırıb. Sonralar bu xəstəliyi kəşf edən alimin şərəfinə “Daun sindromu” adını alıb. Belə uşaqlar bir-birinə oxşayır, streotipləri eyni olur. Yəni, boy qısa olur, əqli inkişafdan geri qalırlar, kəlləsi kiçik və yumru olub […]
Uşaqlarda oxuma və öyrənmə çətinliyi – Disleksiya.

Uşaqların böyük bir qismi 1-ci sinifə başladıqdan sonra 3-4 ay ərzində oxuma-yazmaya başlayır və bu bacarıq qısa müddətdə formalaşıb, inkişaf edir. Elə valideynlərin övladından gözlədiyi də budur amma təəssüf olsun ki, məktəbə yeni başlayan uşaqların təxminən 10%-i üçün bu təbii proses o qədər də asant keçmir. Bəs problem nədir? Gündəlik həyatda övladlarında gördüyü bu problem […]
Yaş ləngimələrinin xüsusiyyətləri

İlk baxışdan sadə görünən “yaş” anlayışı əslində mürəkkəb məfhumdur.Yaş deyəndə insanın ağlına neçə yaşındadirsa, o gəlir. Əslində isə 3 cür yaş mövcuddur: 1.Sümük yaşı 2.Emosional yaş( EQ) 3.İntellektual yaş(İQ) Bu 3 cür yaş birlikdə insanın pasport yaşını təşkil edir.Sümük yaşı deyəndə insanın yaşına uyğun xarici görünüşündə(yaşına uyğun boyda,çəkidə) olması nəzərdə tutulur.Məsələn: 20 yaşında olan bir […]
Dislaliya və onun korreksiyası

Dislaliya sözü yunancadan tərcümədə “ dis” pozulma, “laliyo” nitq , yəni pozulmuş nitq deməkdir. Bildiyimiz kimi nitq 5 yaşına kimi tam formalaşıb qurtarır, lain bəzi uşaqlar bu yaş həddini keçmələrinə baxmayaraq, onların səs tələffüzündə qüsurlar qalmaqda davam edir. Normla eşitmənin mövcud olduğu belə nitq qüsuru dislaliya adlanır. Dislaliya mexaniki və funksional ola bilər. Mexaniki dislaliya […]