Psixi inkişafda ləngimə, yoxsa pedaqoji baxımsızlıq
Ontogenetik inkişaf zamanı dil, din, irqi mənsubiyyət və cinsindən asılı olmayaraq insanlar müxtəlif yaş dövrlərindən keçməli olurlar. Hər yaş dövrünündə öz spesifik xüsusiyyətləri, davranış formaları vardır. Psixika isə bu xüsusiyyət və formalar əsasında formalaşaraq gerçək aləmin faktlarını, mexanizmləri təzahür etdirir. İnsan psixikasının əsasını ali psixi funksiyalar, yəni duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür, nitq, təxəyyül təşkil […]