Hamilə qadınların və anaların hüquqları
Hamiləlik və əmizdirmə dövrü hər bir qadın və onun ailəsi üçün çox çətin və məsuliyyətli bir dövrdür. İşləyən və ya təhsil alan qadınların bu dövrdə məsuliyyətləri daha da artır. Üstəlik bəzi problemlərlə də üzləşirlər. Çünki, hamiləlik vaxtı qadınlar gərgin iş rejimində çalışa bilmir, əmizdirmə dövründə isə hər 2–3 saatdan bir körpənin yanında olmaq lazım gəlir. […]