Prenatal Stressin körpəyə təsirləri
Qadınların bir çoxu hamiləlik müddətində siqaret, spirtli içkilər və narkotikanın körpənin inkişafına mənfi təsir etdiyinin fərqindədir. Lakin, onlar bilmirlər ki, bununla yanaşı hamiləlikdə yaşanan stress də dölün inkişafında diqqətə çarpacaq nəticələrə yol aça bilən bir risk faktorudur. Yəni hamiləlik müddətində yaşanılan stress, körpənin inkişafı, immunitet sisteminin funksiyası və onun koqnitiv inkişafı üzərində qalıcı təsirə malikdir. […]