Ramaldakı problemlərə görə valideyni Narınc Psixologiya Mərkəzinə müraciət etdi
Ramal balamızın 8 yaşı var, məktəblidir və 3-cü sinifdə oxuyur. Ramalı Narınc İnkişaf Mərkəzinə dəvət edərək nüayinələrdən keçirdik. Məlum oldu ki, balamızın öyrənmə çətinliyi, yəni disleksiya var. Öyrəndiyini yadında saxlaya bilmir, qavraya bilmir. Eyni zamanda zəka yaşı da öz yaşında geridir. Həmçinin, onda diqqət əksikliyi və hiperaktivlik var. Bütün bunlar da ona dərslərində mane yaradır. […]
Narınc Rüstəmova “Təsir Dairəsi” verlişində olan Sacəddin Vəliyevin övladlarını müayinə etdi
Narınc Psixologiya Mərkəzində Xəzər TV-də yayımlanan “Təsir Dairəsi” verlişinin iştirakçılarından olan Sacəddin Vəliyevin iki övladı, Nuray Vəliyeva və Nihad Vəliyev müayinələrdən keçdilər. Ailə daxili problemlər uşaqların psixologiyasına təsirsiz ötüşməyib. Balalarımız mərkəzimizdə həm psixoloji, həm loqopedik, həm sensor-motor dəyərləndirmə, həm də neyropsixoloji aparat müayinələrindən keçdilər. Nihad balamızın 10 yaşı var, verliş boyu studiyaya belə gəlmək istəmədi, […]
Əlikramın valideyni övladında olan problemlərə görə Narınc Rüstəmovaya müraciət etdi
14 yaşı olsa da yaşıdlarından geri qalan Əlikramın valideyni övladının problemləri üçün Narınc Rüstəmovaya müraciət etdi. Belə ki, Əlikram balada yaddaşsızlıq, öyrənmə çətinliyi, diqqət əskikliyi problemi var. Buna görə məktəbdə dərsləri də olduqca zəifdir, problemlər yaşayır. Çünki, Əlikram balanın 14 yaşı olsa da zəka yaşı 6 yaş səviyyəsindədir. Bu probleminə görə Əlikram bala ilə məktəb […]
Neurofeedback aparatı və Disleksiya (Öyrənmə çətinliyi)
Neurofeedback terapiyası nədir? Neurofeedback – şəxsin özünün beyin dalğalarını dəyişdirməsinə kömək edən öyrənmə strategiyasıdır. Neurofeedback dərmansız müalicə üsuludur və bir çox problemlərin aradan qaldirilmasına kömək edir. Müalicənin məqsədi təkcə düşüncə tərzinizi və hisslərinizi dəyişdirmək deyil, həm də daha yaxşı işləmək üçün beyninizi bioloji səviyyədə dəyişdirməkdir. Neurofeedback seanslarında şəxsin başına (baş dərisinə) yerləşdirilən elektrodlar vasitəsilə kompüter […]
Uşaqlarda Unutqanlığın Səbəbləri
Unutqanlıq uşaqlıq çağında tez – tez rastlanan problemlərdəndir. Öyrənilən yeni bir məlumatın xatırlana bilməməsi, əşyaların yerini unutma, ev tapşırıqlarının unudulması ya da məktəb ləvazimatlarını itirmə uşaqlarda ən sıx rastlanan unutqanlıq əlamətləridir. Bəs səbəblər nələrdir? 1. Öyrənmədə çətinlik: öyrənmə çətinliyi yaşayan uşaqların hamısında unutqanlıq müşahidə olunur. Çünki bu uşaqların qısa və uzunmüddətli hafizələri yavaş işləyir və […]