Uşaqlarda heyvan qorxusu

Uşaqlarda heyvan qorxusu

Normal inkişafını davam etdirən bir uşaq üçün alışılmamış olan hər şey kimi heyvanlarla da ilk qarşılaşma narahatlıq verici ola bilər. Burada uşaq üçün valideynin yeni olan varlıqlarla qarşılaşdıqlarında verdiyi reaksiya vacibdir. Bir çox valideynlər uşağının özünə güvənmədiyindən, müəyyən qorxuları olduğundan şikayətlənir. Ancaq ana və atalar, nənələr, babalar, xalalar, bibilər bir intizam vasitəsi olaraq uşaqları heyvanlarla qorxutma üsukundan bol-bol istifadə edirlər. “Hav-hav gəlir “,” dinc dayanmasan səni aslanlara verərəm “, ” şkafları qarışdırma böcək var dişləyər “kimi tez-tez müraciət edilən tərbiyə etmə üsulu doğru deyil. Əslində burada böyüklər artıq öz qorxuları ilə uşaqlara örnək olurlar.

Uşaqlardakı qorxuları aradan qaldırmaq üçün ilk əvvəl ailələr öz qorxularının öhdəsindən gəlməlidirlər. Heç bir heyvan növü özünə qarşı yönəlmiş və ya yönələ biləcək bir təhdid hiss etmədiyi müddətcə insana zərər verməz. Təbiətdə min bir heyvan olduğu üçün də bir uşağın bir heyvanla qarşılaşmamaq şansı yox kimidir. Buna görə də bir ailə uşağı ilə birlikdə bir heyvanla qarşılaşdıqda o heyvana sevərək yaxınlaşmalı, əvvəl heyvanı sakit bir şəkildə izləməli sonra da o heyvanın xüsusiyyətlərini uşağa doğru şəkildə başa salmalıdır. Məsələn: itin insana zərər vermədiyini, bir insandan zərər görmə təhlükəsi hiss etmədiyi müddətcə itin insanları dişləmədiyini, hansı heyvanın hansı vəziyyətlərdə zərər verə biləcəyi başa salınmalıdır. Heyvanla qarşılaşan uşaq heyvandan qorxarsa, uşağı heyvana zorla yaxınlaşdırmaq, heyvanı uşağın üstünə atmaq, zorla əl vurmasını istəmək də qorxuları artırır. Qorxu vəziyyətində ailələrin müsbət, güvənverici, qorxunu dəstəkləməyən və açıqlayıcı davranışları kifayətdir . Məsələn: ailələr özlərinin də qorxmadığı bir heyvandan bəhs edərək uşağa heyvanlardan qorxulmaması lazım olduğunu bildirməlidirlər. Hətta uyğundursa valideynlər qorxmadıqları bir ev heyvanını evlərində saxlaya bilərlər. Doğru və lazım olduğu şəkildə baxılan ev heyvanları uşaqlarda sevgi, sevilmə duyğusu, insanlararası duyarlılıq və insanlararası əlaqəni gücləndirər.

Mənbə; kayzen.az

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!