Gündə 2 saat planşetə baxan uşaqlarda bu pozulmalar olur – ALİMLƏR

Kanadalı alimlər belə nəticəyə gəlib ki, gün ərzində ard-arda 2 saat planşet, telefon və ya komputerə baxan uşaqda diqqət əskikliyi sindromu və hiperaktivlik yaranır. Alimlər 2400 ailəni əhatə edən tədqiqat aparıblar.  Məlum olub ki, hər gün 2 saat telefon və planşetə baxan uşaqlarda hər gün 1 saat qadjetə baxan uşaqlardan fərqli olaraq hiperaktivlik 7 dəfə çox inkişaf edib. Diqqətini tapşırığa yönəltmək isə 5 dəfə azalıb. Alimlər bildirir ki, qadjet qarşısında keçən hər dəqiqə uşağın beyninə hətta stress və validyenlər arasındakı münasibətdən də çox təsir edir. Gündə 2-3 saat telefona baxan 3-5 yaşlı uşaqlarda yuxu keyfiyyəti azalır, fiziki aktivlik aşağı düşür, diqqət dağılır. Eləcə də onun psixikası, beyin inkişafı və gözlərinə gələcəkdə böyük problem yaradır. Alimlər tövsiyyə edir ki, 2 yaşına kimi uşaqlar qətiyyən qadjetə baxmamalıdır. 2-5 yaşında uşaqlar isə gündə 30 dəqiqəqən artıq istifadə etməməlidir. 30 dəqiqə isə  fasilələrlə nəzərdə tutulur. 

Mənbə: Medicina.az

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });