Hansı yaxşıdır, mükafat, yoxsa cəza? Heç birisi
Mükafatlar və cəzalar şərtidir, amma bizim övladlarımıza olan sevgimiz qeyri-şərtsiz olmalıdır. Bu yazıda siz danışıq tərzini və davranışları necə dəyişə biləcəyinizi öyrənəcəksiniz.
“Yatmaq vaxtı çatanda məni dəhşət bürüyür. Bax yenə eyni problem”.
Bir dəfə ata ailəmizlə oğlunun yatmazdan əvvəlki dəcəlliyini müalicə edəcək terapiya kursu barədə danışdı. Yataq vaxtı çatanda uşaq elə bil dəli olurdu, valideynlərinin göstərişlərini inadkarcasına qulaq ardına vurur, pijamanın adı çəkiləndə isə, ayaqlarını yerə döyəcləyirdi. Valideynlər bu anda məyus olur, bilmirdilər nə etsinlər.
Onlar bizə tez-tez eşitdiyimiz bir sualı verdilər: uşağı mərhəmətsizcə yatağa göndərməli, bu davranışına görə televiziyaya baxmağı ona qadağanmı etməlidirlər (cəzalar)? Yoxsa elə bir sistem qurmalıdırlar ki, uşağı yola gətirməkdən ötrü yaxşı davranışlarına görə ərmağan və hədiyyələr (mükafatlar) versinlər?
Onda belə çıxır mükafatlar yaxşı seçimdir, elə deyil?
Əksər valideynlər cəzalandırılaraq böyüdülürlər, ona görə də onların eyni metoda etibar etmələri başadüşüləndir. Lakin cəzalar münaqişəni qızışdırır, öyrənməyin qarşısını alır. Cəza uşağın özünü qorumaq reaksiyasını gücləndirir, beləliklə də, prefrental korteksdəki ağıllı düşünmək funksiyası zəifləyir və müdafiə mexanizmi işə düşür. Cəzalar bizi üsyankara çevirir, utanc hiss etdirir, ya da qəzəbləndirir, duyğularımızı basdırır, özümüzü necə ələ verməyəcəyimiz düşüncəsini tətikləyir. Bu mənada artıq böyümüş 4 yaşlı uşağın müqaviməti pik həddə çata bilər.
Tələsməyin. Mükafat cəzanın hiyləgər əkizidir. Ailələr onları şirnikləndirici hesab edir (başadüşüləndir), çünki mükafatlandırmaqla uşağa dərhal nəzarət etmək olar. Amma onun təsiri azala, hətta əks istiqamət ala bilər: “Mən nə qədər alacam” – bir dəfə bir müştərimiz bizə qızının otağını yığışdırmaq üçün ona belə dediyini söyləmişdi.
Onilliklər boyunca psixoloqlar mükafatlandırmanın bizim təbii motivasiyamızı və zövqümüzü azalda biləcəyini deyiblər. Məsələn, şəkil çəkməyi sevən uşaqlar bir dəfə təcrübəyə cəlb olunublar və onlardan pul alanların almayanlardan daha az şəkil çəkdikləri məlum olub. Nəyəsə töhvə vermək üçün mükafatlandırılan uşaqlar bunu daha az edirlər və s. Psixoloqların “hədsiz əsaslandırma effekti” (overjustification effect) adlandırdıqları şey də elə budur – xaricdən gələn mükafat uşağın daxili motivasiyasına kölgə salır.
Mükafatlar kreativliyi də aşağı salır. Klassik tədqiqatların birində bir qrup insana xüsusi materiallar verilmiş (divar mismarı, şam və kibrit qutuları) və onlardan şamı divara necə yapışdıracaqlarını tapmaları istənilmişdi. Materiallar məqsədə çatmaq üçün bir-birləriylə əlaqəsiz olduqlarından (kibrit qutusu şamsaxlayan kimi) həll yolu innovativ düşüncə tələb edirdi. Bu dilemmanı çözərlərsə, mükafatlandırılacaqları deyilən insanların həll yolunu tapmaları ortalama olaraq daha uzun çəkmişdi. Mükafatlar bizim görüş sahəmizi daraldır. Beyinimizin sərbəst surətdə problemləri həll etməsini dayandırır. Biz dərindən düşünə və imkanları görə bilmirik.
Mükafat və cəzalandırmalarla bağlı ümumi konsepsiya uşaqlarla bağlı mənfi gümanlara əsaslanır – belə ki, onlar nəzarət edilməyə və bizdən göstərişlər almağa ehtiyac duyurlar və onların yaxşı niyyətləri yoxdur. Amma biz həqiqətən görməyi bacarsaq, görərik ki, uşaqlar bacarıqlıdırlar, onlarda empatiya, əməkdaşlıq, komanda və zəhmətkeşlik qabiliyyətləri var. Bu cür perspektiv bizim uşaqlarla güclü metodlarla necə davranacağımıza töhvə verə bilər.
Mükafatlar və cəzalar şərtidir, lakin bizim uşaqlarımıza olan sevgimiz və müsbət yanaşmamız qeyri-şərtsiz olmalıdır. Faktiki olaraq biz empatiya ilə hərəkət etsək və uşaqlarımızı həqiqətən dinləsək, onlar böyük ehtimalla bizi dinləyəcəklər. Aşağıda danışıq tərzini və davranışı necə dəyişdirməklə bağlı məsləhətlər var.
Aşağıya bax
Uşaqların bacı-qardaşlarına vurması, valideynlərini iqnor eləməsi və ya mağazada isterika çıxarmaları səbəbsiz deyil. Əgər biz həqiqətən də nə baş verdiyini anlamağa çalışsaq, köməyimiz faydalı və uzunmüddətli olacaq. Hətta aşağıda nəyin baş verdiyini başa düşməyin özü uşağın daha az müdafiə olunmasına, məhdudiyyətlərə və qaydalara daha açıq və problemləri daha yaradıcı həll etməsinə gətirib çıxarır.
“Dostuna yaxşı davran, bölüş, yoxsa axşam televizora baxmaq yoxdu” – demək əvəzinə.
Belə de: “Hmm, sən hələ də oyuncaq dəstini necə paylaşacağını düşünürsən. Başa düşdüm. Bölüşmək birinci çətin olur, biraz əsəbləşirsən. Onlarla birgə necə oynaya biləcəyin barədə bir plan qura bilərsənmi? Əgər kömək lazım olsa, mənə denən”.
Mükafatlandırmaq əvəzinə ruhlandır
Ağlamaq, müqavimət və fiziki aqressiya aysberqin görünən tərəfi ola bilər. Aysberqin altında aclıq, yuxu pozğunluğu, hədsiz həvəs, güclü hisslər, yeni bir bacarıq inkişaf etdirmək, yaxud yeni mühitdə olmaq da ola bilər. Əgər sən belə düşünsən, nəzarət edən qəmiş əvəzinə, təlimat verən əməkdaş ola bilərsən.
Motivasiya bu mesajı daşıyırsa, əladır: “Mən sənə arxayınam və inanıram ki, sən əməkdaşlıq və kömək etmək istəyirsən. Biz bir komandayıq”. Bunun səbatsız mükafatlardan incə fərqi var və bu çox güclü metoddur.
“Otağını yığışdırmasan, parka getməyəcəyik. Yaxşısı budur yığışdır, yoxsa park olmayacaq” – belə demək əvəzinə.
Belə de: “Otağın təmiz olanda, parka gedəcəyik. Mən gözləyə bilmərəm. Kömək lazım olsa, mənə denən”.
Cəzalandırmaq əvəzinə, kömək elə
Cəzalandırmaq fikrinin məğzində bu mesaj yatır: “Elədiyin əmələ görə sənin əziyyət çəkməyini istəyirəm”. Bir çox valideynlər belə əlaqələndirmək istəmirlər, amma eyni zamanda onlar yumşaq da olmaq istəmirlər. Yaxşı xəbər budur ki, sən cəzalandırmadan uşaqlarına məhdudiyyətlər qoya və onları idarə edə bilərsən.
“Sən sürüşgəndə düzgün sürüşmürsən, bax sürüşməyə qoymayacam səni. Adama bir şeyi nə qədər demək olar?” – demək əvəzinə.
Belə de: “Səndə nəsə hirs baş qaldırıb, bunu görürəm! İndi səni sürüşgəndən götürəcəm, çünki belə oynamaq təhlükəlidir. Gəl bir yerdə oturub sakitləşək”.
Belə de: “Sən həqiqətən əsəbləşmisən. Bunu görürəm. Sənin mənə qarşı belə sözlər işlətməyin yaxşı hal deyil. İndi telefonu səndən götürəcəyik ki, biraz özünə gələ biləsən. Sakitləşəndə mənə səni belə narahat edən şeyin nə olduğunu deyərsən. Fikirləşək, görək nə edə bilərik”.“Sən mənə kobudluq elədin, söyüş söydün. Bu qəbuledilməzdir. Telefonunu əlindən alıram” – demək əvəzinə.
Təbii zəhmətkeşlə əlaqədə ol
İnsanlar təbiət etibarilə tənbəl deyillər (bu adaptasiya xüsusiyyəti deyil), xüsusilə də uşaqlar. Biz özümüzü komandanın bir hissəsi kimi görəndə, çox işləməyi sevirik. Balaca uşaqlar özlərini ailənin bacarıqlı üzvləri kimi görmək istəyirlər və onlar görəndə ki, töhvələri bir işə yarayır yardım etməyi xoşlayırlar və bunu da özlərini göstərmək üçün eləmirlər. İş gördüyünüz vaxt uşaqlarınızın başını qarışdırmaqdansa, hələ körpə vaxtından onların sizə real şəkildə kömək etmələrinə imkan verin.
Ailəni bir yerə toplayaraq yerinə yetirməli olduğunuz gündəlik tapşırıqlar barədə fikir mübadiləsi aparın. Hər bir ailə üzvünün fikrini öyrənin. Uşaqlar üçün tapşırıqlar həll olunanda qeyd yeri olan cədvəl hazırlayın (yaxud özlərinin hazırlanmasına imkan verin).
Yatmaq vaxtına uyumaq istəməyən uşaqlara gəldikdə isə, valideynlər anlayışlı görünəndə onlar da irəliləyiş göstərirlər. Birdən məlum olur ki, uşaq hədsiz çox yorulub, ona görə də valideynlər proqrama salınan bəzi məşğuliyyətləri təxirə salır və axşama daha yüngül məşğuliyyətlər təyin edirlər. Uşaq qurulanmaq istəyəndə, anası onu qətvə ilə bürüyür və onun ən çox sevdiyi böyrək olduğunu deyir. Ana etiraf edir ki, gec saatlara qədər işlədiyinə görə övladı çətinlik yaşayıb: “Ola bilər sən mənim neçə həftədir yataq vaxtını qaçırdığımı hiss etmisən – belə olduğunu bilirəm. Bu gecə biz sevimli kitabımızı birlikdə oxuya bilərikmi?” Onlar birlikdə uşağın məşğuliyyətlərini əks etdirən cədvəl hazırlayır və onun nələr edə biləcəyini müəyyənləşdirirlər. Vaxt keçdikcə uşağın müqaviməti azalır, yatağa səsləyən ton isə hədə-qorxudan həqiqi ünsiyyətə və həzzə çevrilir.
Bir an nə qədər irrasional və çətin görünməsindən asılı olmayaraq, biz bu cür reaksiya göstərə bilərik: “Gözüm sənin üzərindədir. Mən səni başa düşmək və kömək etmək üçün burdayam. Mən sənin tərəfindəyəm. Biz bunu birlikdə həll edəcəyik”.
Mənbə: Bilge.az