Onlar Ərköyündür!

Onlar Ərköyündür! 1. Tez-tez hirsli olarlar Ərköyün uşaqlar çöldə, insan içində və hətta öz evində, tez-tez hirsli olarlar, dayandıq yerdə qışqırmağa və ağlamağa başlayarlar. 2. Əsla kifayətlənməzlər Ərköyün uşaqlar əsla sahib olduqlarıyla kifayətlənməzlər və əlindəkilərlə əsla təmin olmazlar. Əgər bir uşağın əlində başqa bir şey görsələr, mütləq onu istəyərlər. 3. Heç köməkçi deyil Heç bir uşaq təmizlik etməkdən xoşlanmaz, amma bir uşağın 4-5 yaşına gəldiyində artıq öz oyuncaqlarını toplamaya, öz ayaqqabılarını qaldırmağa başlaması lazımdır. Amma ərköyün bir uşaq bu kiçik işləri belə etmək istəməz. 4. Böyüklərə nəzarət etməyə çalışar Ərköyün uşaqlarda böyük-uşaq ayrı-seçkiliyi çox olmaz. Yaşına baxmadan, bütün böyüklərin davamlı onlarla maraqlanmasını və onları dinləməsini istəyərlər. 5. Sizi insan içində alçaldarlar Bəzi vəziyyətlərdə uşağınız sizi istəmədən utandıra bilər, amma ərköyün uşaqlar sizi bilərək və istəyərək insan içində utandırar və diqqəti cəlb etmə adına sizi alçaldacaq hərəkətlər edə bilərlər. 6. Əsla paylaşmaq istəməz Paylaşmaq fikri kiçik uşaqlar üçün öyrənməsi çətin bir vəziyyətdir. Amma bir uşaq 4 yaşını keçdikdən sonra, oyuncaqlarını, yeməkləri və s. şeyləri qardaşlarıyla və yoldaşlarıyla paylaşma istəyinə sahib olar. Amma ərköyün uşaqlar paylaşmaz. 7. Ona yalvarmaq məcburiyyətində qalarsınız Valideynlər ya da baxıcı uşaq üçün bir nüfuz fiqurudur və onun dediklərinə uyğun gəlmək məcburiyyətindədir. Uşağınıza bir şeyi etməsi üçün yalvarmaq məcburiyyətində qalmamalısınız, amma ərköyün bir uşağınız varsa bu ümumiyyətlə belə olar. 8. Sizi görməməzlikdən gələr Heç bir uşaq “xeyr” sözündən xoşlanmaz, amma onunla danışarkən sizi görməməzlikdən və eşitməzdən gəlməsi, onun ərköyün bir uşaq olduğunu göstərər. 9. Tək başına oyun oynamaz Bir uşaq 4 yaşına gəldiyində, tək başına oyun oynaya bilməli ya da tək başına oyun oynamağı istəyə bilməlidir. Davamlı anası ya da atasıyla oyun oynamaq istəməsi, onun maraq ehtiyacından qaynaqlana bilər. 10. Ona rüşvət verməlisiniz Valideynlərin uşaqlarına təkrarlanan işlərini etmələri üçün pul, oyuncaq, şəkər vs. kimi rüşvətlər verməməsi lazımdır. Amma ərköyün bir uşağa rüşvət vermədən bir şey etdirmək çox çətindir.

Mənbə: cazibə.info

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });