Boşanmış valideynlər, uşaqlarına yenidən evlənəcəklərini açıqlamaqda çətinlik çəkirlər. Ikinci evlilik qərarının uşağı sarsıtmadan necə açıqlanacağını Psixoloq Sevtap Çakmakçı izah etdi. Uşaqlarına ikinci dəfə evlənəcəklərini söyləmək çətin ola bilər. Çünki, onlar da çox qarmaqarışıq duyğularla uşaqlarının qarşılarındadırlar. Bir yandan yenidən evlənmənin, yeni həyat qurmanın həyəcanını yaşarkən, digər yandan da doğru anlaşılmamaqdan və uşaqlarının reaksiyasından qorxarlar. Veriləcək xəbər önəmli bir xəbərdir. Bu səbəblə xəbərin veriləcəyi yer və zaman doğru planlanmalıdır. Ana ya da ata danışığı rahatca özlərini ifadə edə biləcəkləri, uşağın da reaksiyasını rahat verə biləcəyi, suallarını çəkinmədən soruşacağı sakit bir məkanda seçməlidirlər. Uşağın verəcəyi qarşılığa hazırlıqlı olun, onunla baş – başa olmağa xüsusi diqqət yetirin. Uşağın yaş xüsusiyyətlərinə görə bu xəbəri qarşılamaq və qəbul etmək olduqca çətindir. Çünki, əslində hər uşaq ata və anasının yenidən birləşə biləcəyini ümid edər. Başqa birisinin seçilmiş olduğunu eşitmək uşağın ümidini qırar. Amma onu da qeyd edək ki, erkən uşaqlıq və yeniyetməlik dövründən sonra yeni həyat yoldaşını qəbul etmək daha asan olur. Yenidən evlilik qərarı alarkən sakit və təbii davranmaq lazımdır. Ata ya da ana qəti şəkildə pislənməməlidir. Özünüzü uşağın yanında aciz qalmış kimi göstərmədən, ondan izin alırmış kimi davranmadan içdən və uşağın yaşına uyğun bir şəkildə qərarınızı söyləməlisiniz. Uşağa da hislərini ifadə etmə haqqı verməli, sualları olsa cavablandırmalısız. Belə bir qərar böyük ehtimalla uşaq tərəfindən normal qarşılanılmayacaqdır. Buna hazr olmalısınız. Eləcə də uşağın yeni həyat yoldaşına tez bir zamanda alışmasını gözləmək də haqsızlıq olar. Müddəti qısaltmaq üçün tələsmək, yeni həyat yoldaşına ata və ya ana deyə xitab etməsini tələb etmək yanlış yanaşmadır və heç işə yaramaz. Uşaqlar ancaq yeni evliliyin yolunda getdiyini, ata və ya analarının hüzurlu olduğunu, özlərinin duyulub anlaşıldıqlarını hiss edərsə vəziyyətə alışması daha problemsiz və asan olacaqdır. Bunun üçün də zamana ehtiyacları var. Valideyn və yeni həyat yoldaşı anlayışla davranmalıdır. Ancaq bu şəkildə heç kimdə qalıcı yaralar olmadan barış içində yaşamaq olar.
Mənbə: cazibə.info