UŞAQLARIN İNKİŞAFI İLƏ BAĞLI MARAQLI MƏLUMATLAR

Uşaq şüuru

Altı-yeddi aylıq uşaq eynəyi sənin gözündən çıxarıb oynatmaq istəyirsə, onu çıxarıb cibində, yaxud yastığın altında gizlət. Bunu uşaqdan gizli yox, onun görə biləcəyi şəkildə et. Uşaq gözünü sənin üzünə zilləyəcək, eynəyi sən qoyan yerdə axtarmaq, tapmaq, götürmək onun ağlına gəlməyəcək.

Niyə? Çünki bu yaşda uşaqlar əşyaları ona görə var sayırlar ki, onları görə bilirlər. Olar hələ anlamırlar ki, görmədiyi əşyalar var ola bilər.

Bu fəndi doqquz aylıq uşağa qarşı işlətsəz, alınmayacaq. O, yastığı qaldırıb eynəyi götürcək. Çünki o, artıq başa düşür ki, əşyalar onun gözünə görünmədən də var ola bilər. 

Ancaq onu hələ də aldatmaq mümkündür. Eynəyi yastığın altından tapıb ələ keçirdikdən sonra, onu dilə tutub eynəyi əlindən alın və bu dəfə ona göstərmədən başqa bir yerdə gizlədin. Uşaq eynəyi yenə də həmin yastığın altında axtaracaq. İndi onun ağlı elə bir səviyyədədir ki, əşyanın yalnız birinci tapdığı gizlənc yerində olduğunu düşünə bilir. O, hələ də anlamır ki, əşya başqa yerlərdə gizlədilmiş ola bilər.

Lakin, daha bir neçə həftə böyüdükdən sonra, onu əşya barədə aldada bilmərsiz. İlk yerdə tapmayanda, başqa yerləri axtaracaq. O, artıq anlayır ki, əşya müxtəlif yerlərdə ola bilər, yaxud, mütləq hardasa olmalıdır. Əşya ona çox maraqlıdırsa, onu tapmaq üçün bütün evi töküb-dağıda bilər. 

“Fraiberg Selma. The Magic Years” kitabından

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });