Daun Sindromu və Qidalanma Problemləri

Daun Sindromu və Qidalanma Problemləri

Müasir dövrümüzdə ən çox rast gəlinin xromosom anomaliyalarından biri də Daun Sindromudur. Daun sindromu 21-ci cüt xromosomlarda baş verən anomaliya zamanı trisomiyanın əmələ gəlməsidir. Daha dəqiq meyozun (qametogenezin) normal gedişinin pozulması ilə əlaqədardır. Yumurtahüceyrə və spermatazoid mutasiyalara həssas olduğundan bu sindromla dünyaya gələn uşaqların sayı kifayət qədərdir. Daun sindromunun başqa bir səbəbi də xromosom traslokasiyasıdır. Belə ki, 15-ci cüt autosom xromosomlardan biri olduğu kimi qalır, lakin ikinci xromosomun bir hissəsi delesiyaya uğrayır və onun itirilmiş hissəsi 21-ci cüt xromosomların birinin tərkib hissəsinə keçir. Genotipdə 46 xromosom olmasına baxmayaraq Daun sindromunun əlamətləri özünü biruzə verir. Daun sindromunu törədən səbəblərdən biri də tərkibində purin alkaloidləri

kofein, teobromin, teofillin olan maddələrin çox qəbul edilməsidir. Daun sindromlu uşaqlarda körpəlik dövründə əzələ tonusu aşağı olur. Buna bağlı olaraq uşaqda əmmə aktı formalaşmır və nəticə olaraq uşaqda qidalanma problemi yaranır. Uşaq yedizdirilərkən qucaqda dik tutulmalı və qəbul etdiyi qidanın nəfər borusuna getməsinın qarşısı alınmalıdır. Yedizdirildikdən sonra körpə 5-10 dəqiqə qucaqda tutularaq əmmə zamanı udduğu havanın çıxması gözlənilməlidir. Daun sindromlu uşaqlarda bəzən burun tıxanıqlığı da əmmə aktına mane ola bilər. Bu səbəblə burunu mütəmadi olaraq təmizləmək lazımdır.

Qidalanma ilə bağlı ən çox rast gəlinən Problemlər:

  • Sink və Selen Çatışmazlığı
  • Obezite
  • Şəkərli Diabet
  • Qəbizlik
  • Qastro-ezofageal reflyuks xəstəliyi

Daun sindromlu uşaqlarda əsəsən sink əksikliyi rast gəlinir.Məhz bədəndə sinkin miqdarını qaldırmaq üçün qaraciyər, balıq, toyuq əti,göbələk, yumurta, günəbaxan tumu,sarımsaq və taxıllı bitkilər kimi məhsullardan istifadə məsləhət görülür. Daun sindromlu uşaqların əsas risk faktoru olan leykemiya xəstəliyinin önlənməsi üçün həkim məsləhəti ilə sink preparatları da qəbul edilir.

Selen əksikliyi də Daun Sindromlu uşaqlarda rast gəlinən əsas problemdir. Bizim orqanizmimizdə elə bir orqan yoxdur ki, orada selen rast gəlməsin. Onun başlıca müsbət effekti şiş əleyhinə aktivlikdir. Selen hüceyrələrdə oksidləşdirici-reduksiyaedici detoksiyasiya reaksiyalarına cavabdeh ola p53 genin aktivləşdirir. Selen zülalların və nuklein turşularının mübadiləsində iştirak edir, fermentlərin və hormonların tərkibinə daxildir, immunitet, iltihab və regenerasiya proseslərində iştirak edir. Selen qalxanabənzər vəzin hormonu olan tiroksinin formalaşmasında iştirak edir, mədəaltı vəzin hüceyrələrinin böyüməsini stimulaşdırır. Ona görə də bədəndə selen əksikliyi trioksin vəzin funksiyasının inkişafını qeyri-bərabər edir. Selen əksikliyini aradan qaldırmaq üçün sarımsaq, zeytun, dəniz yosunları paxlalılar, hind qozu, püstə, ət məhsulları və.s qidalar tövsiyyə olunur.

Obezite (artıq çəki)-Daun sindromlarıların əsas problemlərindəndir. Bunun səbəbi çox vaxt artıq kalori və az hərəkətlilik olur. Aradan qaldırmaq üçün karbohidrat, protein və yağ nizamlı olaraq istifadə olunmalıdır. Gündəlik həyata mütləq fiziki idman hərəkətləri daxil olunmalıdır. Qızartmalar,xəmir yeməkləri,şirniyyatlardan uzaq durmaq tövsiyyə olunur.

Qastro-ezofageal reflyuks xəstəliyi – Mədə tərkibinin (turşusunun) patoloji şəkildə mədədən ezofaqusa (qida borusuna) doğru geri gəlişi qastro-ezofageal reflyuksdur. Xəstələr döş qəfəsinin arxasında yanma (heartburn) şikayəti ilə müraciət edə bilərlər. Bəzən qida borusunun arxasındakı yanmadan başqa qidaların və suyun ağıza gəlməsi şəklində də baş verir. Ezofaqeal reflyuks tez tez yeməklərdən sonra olur.Qarşısını almaq üçün, az-az və tez-tez qidalanmalı, idman yeməkdən 1 saat sonra edilməli, suyu yeməklə birlikdə yox yeməkdən əvvəl və ya sonra içməli,yeməkdən dərhal sonra yatmamalı və qidalarda mümkün olduğu qədər ədviyyatlardan istifadə olunmamalıdır.

Qəbizlik-Əzələ gücsüzlüyü və hərəkətsizlik səbəbilə qəbizlik bu uşaqlarda sıx-sıx müşahidə olunur. Önləyici tədbirlər üçün: gündəlik lazımınca maye qəbulu, hər gün çiy meyvə və tərəvəz qəbulu, kişmiş, quru qaysı, əncir kimi meyvələr, qatıq və yogurt və ən əsası gün ərzində fiziki aktivitilərdən istifadə etmək lazımdır.

Şəkərli Diyabet-Araşdırmalara görə Daun sindromlu uşaqlarda digər uşaqlarla nisbətdə şəkərli diabet riski daha çoxdur. Bunu nəzərə alaraq mütəmadi qanda şəkərin miqdarı və insulinin miqdarı yoxlanılmalıdır. Qarşısın almaq üçün mümkün olduğu qədər hazır qida məhsullarından (peçenyelər, konfetlər, şokaladlar) yayınmalı, aşırı yağlı və şəkərli məhsullardan istifad ə etməməli və yenə də fiziki aktivilərdən yararlanmaq lazımdır.

Bəzi uşaqlarda dəmir səviyyəsi də aşağı ola bilər.Bu zaman həkimlər qaraciyər, qırmızı ət, yumurta sarısı, yaşıl tərəvəzlər, göyərtilər və.s kimi dəmirlə zəngin qidaların rasiona salınmasını məsləhət bilirlər. Bəzən dəmir preparatları da təyin olunur. Zehni qabiliyyətin formalaşmasında rol oynayan E vitamini də bu uşaqlar üçün çox önəmli hesab olunur. E vitamini həmdə DS-da tez-tez rast gəlinən Alzmehir xəstəliyinin qarşısını almaq üçündə mühim əhəmiyyət kəsb edir. Zeytun və quru meyvələr ən yaxşı E vitamini mənbəyi hesab olunur.

Bunlara paralel olaraq Omeqa 3 və Omeqa 6 əksikliyi,Gluten və Kazein tərkibli qidalara alergiyaya da rast gəlinir.

Nuray Lətifzadə

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });