Son illər cəmiyyətdə, xüsusilə uşaqlar arasında yayılan problemlərdən biri də nitq qüsurudur. Bir qayda olaraq nitq qüsurundan əziyyət çəkən uşaqların vaxtında həkimə göstərilməsi, həmin uşaqlarla xüsusi məşğul olmaq zərurəti meydana çıxsa da, lakin bəzi hallarda valideynlər məsuliyyətsizlik edərək bu probleminin həllini zamanın öhdəsinə buraxırlar. Bu isə uşaqda olan nitq problemi, danışıq qabiliyyətini getdikcə daha da çətinləşdirir. Vaxtinda müdaxilə edilərsə qarşısı alına bilər. Bunun üçün loqopedə müraciət etmək lazımdır. Loqopedin işi isə masajdan başlanır. Loqopedik masaj loqopedik işin bir hissəsi sayılır. Hər bir loqoped masajın teoriyasını və texnikasını bilməlidir. Valideyinlər loqoped adı eşidən zaman ilk növbədə loqopedik masajın olub olmayacağını düşünürlər. Onu da nəzərə almaq lazımdır ki, loqoped masaj zamanı həm loqoped, həm də valideyin bunları nəzərə almalıdır. İlk növbədə loqopedin əlləri təmiz, uzun dırnaqsız, üzük və ya qolbaqsız olmalıdır. Masaj zamanı istifadə olunacaq vəsaitlər antiallergen ( yağ, pudra, salfet və s) olmalıdır.
Masajdan öncə əzələ tonusunu yoxlamaq və ona uyğun masaj proqramı tərtib etmək vacibdir. Masaj zamanı uşağın vəziyyətinə fikir vermək lazımdır ki, əzələləri gərgin olmasın. Masaj hərəkətlərinin ardıcıllığına fikir vermək lazımdır. Uşağı yavaş-yavaş masaja uyğunlaşdırmaq lazımdır. Həmçinin masaj ağrı verməməlidir. Onu da qeyd etmək lazımdır ki, loqopedin psixoloji vəziyyəti nəzərə alınmalıdır. Əgər loqoped yorğun və ya əsəbidirsə masajı etməmək məsləhətdir. Dezinfeksiya qaydalarına əməl etmək vacibdir. Burun-boğaz, virus infeksiyalı, limfa vəzilərinin xəstəlikləri zamanı, üz ağız, dodaq və ya burunda qıcıqlanma və irinli yaralar zamanı qəti masaj qadağandır”.
Masaj etmənin yaş hədləri və zamanı da fərqlidir. Adətən 3-12 aylıq uşaqlar üçün. masaj 1 dəqiqədən başlayaraq 15 dəqiqəyə qədər davam edir. Süd əmər uşaqlarda bunu ana özü etməlidir. 4-7 yaşlı uşaqlarda bu proses 5-25 dəqiqə arası davam edir. Böyüklərdə 25-40 dəqiqə arası masaj edilir. Nəzər almaq lazımdır ki, I və V seans proflaktik sayılmalıdır. 10-12 masajdan sonra bir və ya iki həftə fasilə vermək düzgün olar.
Loqopedik masajın fizioloji təsiri;
Loqopedik masaj bədənin üz, əllər, boyun və.s bunlar ilə bərabər qan və limfatik damarlara da təsir edir. Masaj orqanizmə fizioloji təsirindən əlavə, mərkəzi sinir sisteminə də təsir göstərir. Masaj dərinin sekresiya funksiyasını yaxşılaşdırır, limfa və qan dövranını aktivləşdirir, qidalanmanı və mübadilə prosesini yüksəldir. Sizin uşağa bu diaqnozlardan biri qoyularsa: nitq inkişafın ləngiməsi, dislaliya, dizartriya, psixi inkişafın ləngiməsi, USİ və.s bu zaman korreksiyanın bu metodundan istifadə etmək olar.
Loqopedik masaja əks göstərişlər.
- Uşaqda dərinin irinli və göbələk şəkilli xəstəlikləri
- Bədənin masaj edilən sahəsində hematomalar
- Vərəmin aktiv forması
- Qan və kapilyarların xəstəlikləri
- Damarların trombozu
- Onkoloji xəstəliklər
- Yoluxucu yaralar
- Epilepsiya
- Əgər uşaq yaxın vaxtlarda angina keçiribsə, sağalmadan 10 gün ötübsədə zərərlidir.
Defektoloq-loqoped Bəhmənzadə İlahə
Narınc Uşaq Psixologiya Mərkəzi Gəncə filialı