Prenatal Stressin körpəyə təsirləri

Prenatal Stressin körpəyə təsirləri

Qadınların bir çoxu hamiləlik müddətində siqaret, spirtli içkilər və narkotikanın körpənin inkişafına mənfi təsir etdiyinin fərqindədir. Lakin, onlar bilmirlər ki, bununla yanaşı hamiləlikdə yaşanan stress də dölün inkişafında diqqətə çarpacaq nəticələrə yol aça bilən bir risk faktorudur. Yəni hamiləlik müddətində yaşanılan stress, körpənin inkişafı, immunitet sisteminin funksiyası və onun koqnitiv inkişafı üzərində qalıcı təsirə malikdir.

Hamiləlik dövründə stresli hallara məruz qalmış döldə həm koqnitiv, həm davranış baxımından, həm də fiziki inkişafında müəyyən geriləmələr yaranır.

Prenatal stressin idrak və qavramaya təsiri:

Araşdırmalar göstərir ki, prenatal stress, uşaqların idrak- qavramalarına və ya koqnitiv bacarıqlarına təsir göstərərək intellektual cəhətdən və dil, nitq qabiliyyətlərində geriləmələri üzə çıxardır.

Prenatal stressin davranışa təsiri:

Prenatal stressin uşaqların davranışlarına təsir etdiyinə dair tutarlı sübutlar müvcuddur. Belə ki, stressə məruz qalan körpə, inkişafının sonrakı mərhələlərində diqqətini cəmləməkdə çətinlik çəkər, və ailədaxili və ya həmyaşıdları arasında aqressiv davranışlar sərgiləyər.

Mütəxəssislərin fikrincə, stressin hamiləliyin 12-22 ci həftələrində yaşanması halında təsirlənmənin daha çox olacağı düşünülür. Nəticədə, uşağın 3-5 yaş dövründə əqli gerilik, diqqət defisiti, nitq qabiliyyətinin olmaması və ya nitqin gecikməsi, hiperaktivlik, depresiya, həyəcan-təşviş pozuntularının yaranma ehtimalı artır.

 Firuzə Qənizadə

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!