Övladınızla hər gün söhbət etmək üçün mütləq zaman ayırın.
Sizə başa salmaq istədiyi bir şey olanda təxirə salmayın, onu diqqətlə dinləyin.
Onu dinləyərkən başqa işlərlə məşğul olmayın.
Danışarkən gözlərinin içinə baxın, yumşaq və anlayışlı münasibət göstərin.
Danışarkən deməyə çəkindiyi, gizlətdiyi hissləri olub olmadığını anlamağa çalışın.
Bədən dili mesajlarına diqqət edin.
Fəal dinləyici olun.
Bir mövzunu qoyub başqa mövzuya keçməyin, sözünü kəsməyin, mövzunu dəyişdirməyin.
Daha çox onun danışmasına səy göstərin, siz yaxşı bir dinləyici olmağa çalışın.
Uşağınızın danışdıqlarına hörmət göstərin, onu tənqid etməyin, onunla istehza etməyin. Ünsiyyət maneələrindən uzaq durun.
Uşağınızın duyğu və düşüncələrini sərbəst və qorxmadan ifadə etməsini təmin edin.
Soruşduğu suallara aydın və dəqiq cavablar verin.
Cavablarınızın onun yaşına uyğun olmasına diqqət edin, amma əsla yalan və ya yanlış məlumatlar verməyin.
Bilmədiyiniz bir məsələdə dürüstcə bilmədiyinizi söyləməkdən çəkinməyin. Amma bu barədə məlumat toplaya biləcəyinizi qeyd edin, hətta bunu birlikdə edin.
Bütün bunlara diqqət etməyiniz, övladınızın özünün və fikirlərinin önəmli olduğunu hiss etməsini və ona qiymət verdiyinizi anlamasını təmin edəcəkdir. Beləliklə, aranızda möhkəm dostluq qurulacaq və yetkinlik çağında ehtiyac duyacağınız yoldaşlıq əlaqəsinin də əsasları atılacaqdır.