Son zamanlarda, bəzi insanların “tənbəl valideynlik” olaraq adlandırdığı valideynlik stili ilə bağlı çox danışılır. Vertalyot valideynliyin “zəhərin təsirini aparan dərman” olaraq təqdim edilən bu valideynlik növü, əslində adı hər nə qədər əksini xatırlatsa da, tənbəl olmaqdan çox uzaqdadır.
Bəs, bu tənbəl valideynlik nədir? Mən bunu necə edirəm və uşaqlarım bundan necə təsirlənir?
Tənbəl valideynliyi ilk eşitdiyimdə, cümə axşamları 17:30-dan yatmaq saatına qədər birinin mənə göz qoyduğunu və ifadənin də bu şəkildə yarandığını düşünmüşdüm.
Çünki bu aralıqda, həyat yoldaşımla valideynlik etmək üçün heç enerjimiz olmur. Sendviç, alma dilimləri, pendir çubuqları, və krakerlərdən ibarət olan axşam yeməyimizi, qonaq otağında yerə sərdiyimiz süfrənin üstündə, bir növ “axşam yeməyi pikniyi” edərək yeyirik. Sonra, uşaqlar öz başlarına oynayarkən mən də tavanı seyr edib həftə sonu yumalı olduğum paltarları düşünürəm.
Belə anlarda, özümü heç kimin yaralanmadığını və evdə yanğın çıxmadığını yoxlamaq vəzifəsini üzərinə götürən bir gözətçi kimi hiss edirəm. Möhtəşəm bir valideynlik nümunəsi sərgiləyirmişəm kimi hiss etmirəm və əsasən daha çox şey etmədiyim üçün özümü günahlandırıram. Əgər valideynəmsə və tənbəllik edirəmsə, buna tənbəl valideynlik deyilir, elə deyil? Ancaq anlaşılan odur ki, vəziyyət heç də elə deyil.
Tənbəl valideynlik, uşaqların duyğularını inkişaf etdirmələrinə fürsət yaratmaq üçün qəsdən edilən valideynlik stilidir. Tənbəl valideynlik, tələsik qaçıb onu qurtarmaqdansa, uşağınızın içində olduğu vəziyyət ilə mübarizə aparması üçün diqqətli şəkildə geri çəkilməkdir. Uşağınızın nələr edə biləcəyini öyrənməsinə imkan verməkdir. Uşaqlar həqiqətən də çox şey edə bilərlər.
Həqiqi tənbəl valideynlikdən fərqli olaraq, həftə sonları bizim qonaq otağımızda nələr olur? Daha artıq tənbəllik və daha az valideynlik edirəm. Mən əsasən fərqli mövzuları düşünərkən, uşaqlarım mən istiqamətləndirmədən gözəl şəkildə oyun oynamağı bacarırlar.
Tənbəl valideynlik məqsədli olaraq edilən bir valideynlik tərzidir. Uşaqlarınız yaşına görə fərqlilik göstərsə də, işə bu maddələr ilə başlaya bilərsiniz:
- Uşaqlarınız üçün evinizdə azad bir sahə yaradın.
Evinizdə, uşaqlarınızın azad şəkildə hərəkət edib kəşfə çıxa biləcəyi bir məkan yaradın. Bu bir otağın tamamı və ya bir hissəsi də ola bilər. Bu məkanı, təhlükəsizlik üçün tez-tez yoxlamağınız lazım olmayacaq yaşa uyğun əşyalarla doldurun. Daha sonra geri çəkilərək uşağınızın istədiyi kimi kəşf etməsinə icazə verin.
2. Təbii nəticələri qəbul edin.
Uşağınıza məsuliyyət vermək, etmələri lazım olanı etməyəcəkləri zamanların olacağını da qəbulanmaq deməkdir. Tənbəl valideynlik, bu vəziyyəti və – məntiqli olduğu müddətdə – uşaqların qərarlarının nəticələrinə qatlanmaqları lazım olduğunu qəbul edir.
Məsələn, axşamlar bel çantasını öz başına hazırlaya biləcək yaşda olan bir orta məktəb şagirdini düşünək. Anası əvvəllər tapşırıqlarını bitirdiyinə görə və çantasına qoyduğundan əmin olmaq üçün onu kontrol edirdi. Tənbəl valideynliyə keçərkən işlər belə dəyişib: Ana uşağa bir müddət bu mövzuda rəhbərlik edir və daha sonra öz çantasını hazırlaması və kontrol etməsi üçün ona fürsət verir. Bu rejim sayəsində uşağın özgüvəni artır və bacarığı ilə qürur duymağa başlıyır. Bu rejimi təkrarladığı günlər hər şey yolunda gedərkən, etməsi lazım olanı etmədiyi zaman tapşırıqlarını evdə unudur.
Bu vəziyyətdə, mətbəx masasında qızının unutduğu faylı görən ana hər nə qədər onu qurtarma istəyi duysa da, bunu etmir. Çünki, qızının bu təbii nəticə ilə başa çıxa biləcəyinin fərqindədir və sınaq sayəsində tapşırığını növbəti səfər unutmayacağını bilir.
Ümumiləşdirsək, şüurlu olaraq tənbəl valideynlik etmək, “hərəkətə keçməli və uşağımın yaxşılığı üçün bu vəziyyəti düzəltməliyəm”, düşüncəsindən “geridə durmalıyam və uşağımın bu vəziyyətlə başa çıxa bilib, bilmiyəcəyini görməliyəm. Zaman uzun müddət davam edə bilər və qarma-qarışıq bir hal ala bilər, ancaq bunu öz başına edə bilirsə, öz başına da həll etməlidir” düşüncəsinə keçməkdir.
Bu valideynlik tərzini bəlkə tamamilə mənimsəməyə bilərsiniz, ancaq bu üsula zaman-zaman da olsa müraciət etməyiniz həm sizin, həm də uşağınız üçün rahat olacaq. Uşaqların öz başlarına nələr edəbildiklərini görərkən gözlərinizə inanmayacaqsınız.