Körpələrə yüksək səslə kitab oxumanın sehri

Körpələrə yüksək səslə kitab oxumanın sehri

Kitab oxumaq üçün heç bir zaman çox gənc sayılmazsınız. 6 aylıq (və daha erkən) körpələrə kitab oxumaq onların güclü söz bazasının yaranmasına və erkən yazıb – oxuma bacarıqlarının inkişafına şərait yaradır. Bu isə o deməkdir ki, uşaqlar artıq məktəbə hazırlıqlı olur. Bu fikir bu il may ayının 8-i I Uşaq Akademik Teşkilatlar Yığıncağında teqdim olunmuşdur. Yasli dövründəki uşaqların (1-3 yaş) valideynləri ilə birgə kitab oxuma vərdişləri erkən yazıb-oxuma bacarıqlarının əsas proqnozlaşdırıcı amilidir.

NYU Langone Tibb Mərkəzinin pediatriya şöbəsinin tədqiqat dosenti və aparıcı araşdırma müəllifi Carolyn Cates ə görə, “Hətta fikirləşsək ki, uşaqlar hələ danışa bilmirlər, bu o demək deyil ki, onlar öyrənə də bilməzlər.” Tədqiqatlar göstərir ki, uşaqların məktəb dövründəki nailiyyətləri onların erkən yazıb-oxuma vərdişləri ilə əlaqəlidir. Amerika Pediatriya Akademiyasına görə, hər üç uşaqdan biri fundamental yazıb – oxuma bacarıqları olmadan baxçaya başlayır.

Cates və həmkarları “Erkən öyrənmənin önəmi” ilə bağlı tədqiqat aparmağı qərara almışlar. Tədqiqatda 260-dan çox valideyn və uşaq izlənilmişdir (doğumdan məktəb dövrünə qədər). Valideynlər uşaqları 6, 14 və 24 aylıq olduğunda birlikdə hansı sıxlıqda və neçə ədəd kitab oxuduqları ilə bağlı məlumat verdilər. Məqsəd paylaşılaraq oxunulan kitabların kəmiyyətini öyrənmək idi. Valideynlər, həmçinin, oxunulan kitabların keyfiyyəti ilə bağlı da məlumat verdilər. Kitabların keyfiyyəti dedikdə isə, birlikdə kitab haqqında danışma, kitabdakı şəkilləri işarələmə, hekayədəki emosiya və obrazları müzakirə etmə nəzərdə tutulur.

Bəzi sosial-iqtisadi fərqlilikləri tənzimlədikdən sonra, tədqiqatçılar müəyyən etdilər ki, kəmiyyət və keyfiyyət nöqteyi nəzərdən çağa dövründə kitab oxuma vərdişləri sonrakı inkişaf mərhələlərində uşağın söz bazasının və erkən oxuma bacarığının proqnozudur. Və yenə kəmiyyət və keyfiyyət baxımından yasli dövründə kitab oxuma vərdişləri sonrakı dövrlərdə yazıb-oxuma bacarıqlarının inkişafına səbəb olur.

Səsli oxuma uşaqlarla söhbətin bir formasıdır. 1995 ci ildə Betty Hart və Todd Risleyin birlikdə apardığı tədqiqat nəticasində məlum olmuşdur ki, bəzi uşaqlar həyatlarının ilk 3 ilində 30 milyondan çox söz eşidirlər, və bu isə onların məktəb dövründə söz bazasına, oxuma bacarıqlarına və test nəticələrinə müsbət təsir göstərir. Stanford Universitetin psixoloqu Anne Fernalda görə, uşağın zehni iş sürəti dil (nitq) ilə zəngin məşğuliyyət nəticəsində formalaşır. Sürətli zehni iş körpələrin və yasli dövründəki uşaqların daha çox verbal təcrübə əldə etməsinə, söz bazasının artdırılmasına, yaddaşın, mühakimə və konseptual bacarığının güclənməsinə imkan yaradır.

Anket sorğu nəticəsində məlum olmuşdur ki, yalnız 60% orta təbəqəyə mənsub valideyn uşaqlarına hər gün kitab oxuyur. Yoxsul ailələrdə isə bu göstərici yalnız 34% dir. Və çox sayda valideyn hesab edir ki, bir yaşdan kiçik uşaqlarla kitab oxumaq çox tezdir. Catesin tədqiqatında isə, 6 aylıq uşaqları olan valideynlərdən 20%-i həftənin 5 günü, 50%-i isə həftənin 3 günü birlikdə kitab oxuyurlar.

Mənbə: “Psychology Today” jurnalı.

Müəllif: Lydia Denworth

Tərcümə edən: Firuzə Qənizadə

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!