Övladımızı kifayət qədər dinləyirikmi?

Övladımızı kifayət qədər dinləyirikmi?

Effektiv bir ünsiyyət ailə üzvlərinin qarşılıqlı olaraq bir-birlərinin düşüncələrini və duyğularını anlamalarına kömək edir.

Ünsiyyətin ən önəmli xüsusiyyətlərindən birinin “dinləmə” bacarığı olduğunu dilə gətirən psixoloq Simge Gündoğan dinləmənin uşağın gələcəkdə daha düzgün əlaqələr yarada bilməsinə, özü haqqinda müsbət fikirlərə sahib olmasina, özünə dəyər verildiyini hiss etməsinə kömək edəcəyini və özgüvən hissini inkişaf etdirəcəyini vurğulayır.

Yaxşı bir dinləyici olmaq üçün…

Səssizlik,

Uşağın danışdığı əhvalatın altında gizlənən duyğusunu anlamağa çalışmaq,

Onu olduğu kimi qəbul edərək dinləmək,

Yaxşı göz kontaktı qurmaq,

Uşağa doğru əyilmək, ona yaxın və eyni boyda olmaq lazımdır.

Dinləyərkən həvəsləndirici sözlərdən istifadə edilə biləcəyini qeyd edən psixoloq Simge Gündoğan uşağın danışdıqlarında yer alan açar sözlərin təkrarlanması ilə “hımm”, “hə” kimi söhbətin dinlənildiyini göstərən sözlərlə, ya da danışığın davam etməsinə kömək edəcək qısa sualların verilməsilə düzgün bir ünsiyyətin qurula biləcəyini düşünür. Uşaqlarla ünsiyyətdə uşağın yaşı, cinsiyyəti və şəxsi xüsusiyyətləri çox əhəmiyyətlidir. Valideynlərin uşaqların yaş dövrü xüsusiyyətlərini bilmələri ünsiyyəti daha da asanlaşdırır. Uşağın inkişaf və yaş xüsusiyyətlərini bilinən zaman onun hiss və duyğuları daha asan anlaşılır və empatiya qurula bilir ki, bu da uşağın şəxsiyyətinə də müsbət yöndə təsir edir.

Valideynlər övladlarının gün ərzində yaşadığı çətinlikləri diqqətlə və səbirlə dinləməkdən heç bir zaman yorulmamalıdırlar. Unutmamalıyıq ki, yaxşı dinləyici ana və ya ata olmaq üçün əvvəlcə uşağın sözlərini tamamlamasına şərait yaratmalıyıq. O sözlərini tamamladıqdan sonra danışmaq sırası bizə gəldiyi zaman başa salmaq istədiyimiz şeyi uşaq üçün mürəkkəb hala gətirmədən qarşılıqlı sevgivə hörmət çərçivəsində başa salınmalıdır.

Yaşından asılı olmayaraq uşağın duyğu və düşüncələrinə hörmət etmək çox önəmlidir. Bunun üçün onun söylədiyi hər şeyi ciddiyə almaq lazımdır. Bu uşaq üçün onun duyğu və düşüncələrinin dəyərli olduğu mənasına gəlir. Ana və atalar , əlbəttə ki, övladlarının söylədiklərini tamamilə təsdiqləməyə məcbur deyillər. Lakin onları anlamaq üçün dinləmək onlara hörmət edildiyinə işarədir. Bu yolla, həm də uşaqlar da özlərinə hörmət etməyi öyrənirlər. Uşaqların duyğularını qəbul edə bilmək də eyni dərəcədə önəmlidir. Qorxu, əsəb, həyəcan və bə başqa duyğuları ifadə edə bilmədiyi hallarda uşaqlar hislərini gizlətməyi öyrənirlər ki, bu da gələcək yaşlarda bir çox problemlərə yol aça bilər.Uşaq yuxusuz, yorğun, ac ya da başqalarının yanındadırsa danışmaq istəməz. Əgər uşağın fiziki ehtiyacları ödənilmişsə onun nitqi yarıda bölünməz. Danışarkən uşağın, eyni zamanda səs tonuna, üz ifadələrinə və gözlərini qaçırıb-qaçırmadığına diqqet etməli, davranışı ilə sözlərinin uyğun olub olmadığına baxılmalıdır. Məsələn, ata və anası boşanmış uşaq “yox, mən onların boşanmasına pis olmadım” deyərkən gözləri yaşarırsa bu bizə inandırıcı gəlməz. Yaxşı bir dinləyici olmaq üçün qarşımızdakının bədən dilini də duymağı bacarmalıyıq. Psixoloq qeyd edir ki, uşaq özünə yaxın dayanan, gözlərinin içinə baxan insana daha çox güvənər və onda danışmaq istəyi yaranar.

www.hurriyetaile.com

Tərcümə etdi: Lalə Fətəliyeva

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });