Uara təzə dil açmağa başladığı vaxtdan ikinci dil öyrətmək artıq günümüzdə adi hal alıb. Bunun ən asan yolunu isə valideyinlər övladlarına rus, ingilis, yaxud digər dillərdə olan cizgi filmlərini izləməklə görürlər. Tədqiqatlar göstərir ki, xarici dil öyrənən uşaqlar digər fənlərdə də uğurlu olur, gələcək kareralarının elə kiçik yaşlarından qurmuş olurlar. Amma baxır uşağı hansı yaşda öyrədirik. Uşaqlara neçə yaşından dil öyrətmək lazımdır? Erkən yaşda dil öyrənməyi fəsadları nə ola bilər? Bəzi loqopedlər oyun şəklində dil öyrənmək üçün 3 yaşı məsləhət görsələr də, ikinci dil öyrənmək üçün əksəriyyət 5 yaşın uyğun olduğunu vurğulayır.
Ölkəmizdə kifayət qədər ailələrvarki, rusdillidir. Uşaqlar cəmiyyət içinə çıxanda ətrafdakılar Azərbaycan dilində danışsa da, valideyinləri rusdilində danışır. Bu uşaqlarda hər hansı problem yaradmırki? N.Rüstəmov deyirki, belə ailələrdə böyüyən uşaqlarda heç bir problem yaranmır: Çenki uşağın ilk təmas qurduğu insanlar valideyinləri, qardaş – bacısı olduğundan 3 yaşına qədər günlərinin çoxunu onlarla keçirir və nəticə etibarilə heç bir dil qüsürü ilə rastlaşmırlar. Bəzən valideyinlər övladlarına xariçi dil öyrənsinlər deyə özlərinin bildiyi şəkildə onlarla xarici dildə danışmağa səy göstərirlər. Bu yalnışdır.Valideyinin bildiyi və rahat danışdığı dildə, yəni ana dilində danışması daha məqsədəuyğundur. Çünki, bu dildə valideyin bütün sözləri bilir və cümlələri rahatlıqla qurur. Beləliklə, övladınız dil üçün lazim olan əsas təmələ sahib olur. Əgər övladınıza ikinci bir dili öyrətmək məqsədiniz varsa, bunun üçün xüsüsi tərbiyyəçilərin köməyindən yararlanmalısınız.
Bir uşaqla dil məşqi etmək mümkün deyil. Dil uşaqlarda davamlı danışaraq və dinləyərək inkişaf edər. Belə ki, kitabdakı rəsimlərə baxdığı zaman, ya da uşağın xoşuna gəldiyi insanlarla yemək masası arxasında danışdığı zaman dil bilgisi artar. Gündəlik söhbətlət uşaq üçün çox vacibdir. Hər gün gördüyünüz hadisələrdən onunla danışın. Evladınızın sizə verdiyi suallar və bəzi hadisələri sizə danışması sevindirici hal olmalıdır. Danışaraq uşaq öz fikirlərini sərbəst başa salmağı öyrənir.
Uşaq bağçasında övladınız gələcəkdə məktəb dövrü üçün çox vacib olan dil inkişafına sahib olur. Bu səbəbdən övladınızın 3 yaşından etibarən uşaq bağçasına getməsi ona böyük bir dəstək ola bilər. Uşaq bağçasında tərbiyıçilərmüxtəlif dil öyrədən oyunlar, mahnilar, şeirlər və kitablar vasitəsilə uşaqlara ana dili və xarici dili mənimsəmək vərdişlərini inkişaf etdirilər.
Uşaq dil biliklərini artırmaq və inkişaf etdirilməsi üçün çeşidli oyunlar mövcuddur. Bir kitabı yüksək səslə oxumaq,nağıl və hekayələr danışmaq, rəsmlərə bərabər baxmaq şeir danışmaq və mahnı oxumaq dilin öyrənolməsində əvəzedilməz rola malikdir.
Uşaqlara bu dövrdə valideynləridə kömək etməlidir:
- 3 yaşdan sora hər gün ona öyrətmək istədiyiniz dildə bir söz öyrədin.
- Ona həmin dildə müəyyən mahnılar qulaq asdıra bilərsiniz.
- Əgər evdəkitərbiyyəçi həmən dildə bilirsə ancaq onunla o dildə danişmalıdır.
- Uşaöınız yeni bir söz öyrənəndə (öz dilində yəni ana dilində) onun xarici dildə qarşılığını da öyrətmək lazımdır, məsələn; alma – apple.
- Uşaqlar da təkrar önəmlidi. Öyrəndiklərini təkrar edərsə daha yaxşı dili mənimsəyər.
Əger evladınız iki fərqli dilli böyüyürsə (məsələn evdə ana dili, uşaq baxçasında, məktəbdə ingilis və ya alman və ya rus dili), bu onun üçün gələcəkdə böyük şansdır. Tədqiqatlar göstərirki valideyinləri tərəfindən dəstəkləndiyi zaman uşaqlar eyni zamanda, iki və ya üç dili rahatlıqla mənimsəyə bilir. Əsasən balaca uşaqlar üçem ailə üzvləri arasındakı danışıqların deqiq qaydada aparılması vacibdir.
Ümumiyyətlə xarici dil öyrəndikdə beynin sol yarımkürəsi inkişaf etməyə başlayır. Lakin dili uşaqlıq yaşından öyrənəndə beynin sağ yarımkürəsi də çalışmağa başlayır və bunun sayəsində uşaq tələffüz qaydalarını, intonasiyanı yaxşı qavrayır. Bəs hansı dil seçmək daha doğrudur? Hal hazırda hamı ingilis dilinə üstünlük verir, çünki o dünya miqyasında ümumi qəbul edilmiş bir dil sayılır və gələcəkdə də uşaq bu dildən faydalana bilər. Lakin tez qavranması üçün uşağın tempramentinə uyğun dil seçilməlidir. Orjinal şəxsiyyət yetişdirmək istəyirsinizsə uşağınıza yapon dili öyrədin. İeroqliflərin yazılış qaydasını yadda saxlamaq üçün uşağınızın beynində hər iki yarımkürə aktiv işə düşəcəkdir.
Musayeva Zərif Röşən q
Mənbə: news.az; milli.az; qadınla.com