Əgər körpə ağlayıb, ayaqlarını qarnına doğru yığırsa, qarnına əl vurmağa qoymursa, deməli, həqiqətən qarın boşluğunda problem var. Bu zaman valideynin birinci vəzifəsi ağrının, narahatlığın səbəbini tapıb, aradan qaldırmaqdır.
Körpələrdə qarın ağrısı və sancıların səbəbləri:
- Çox hallarda qarında ağrı sadəcə köp, meteorizm səbəbindən olur
- Eləcə də müxtəlif infeksiyalar
- Köhnəlmiş və ya soyuq qida
- Qida dəyişikliyi
Hansı hallarda təcili həkimə göstərilməlidir?
- Qusma ilə yanaşı qarın ağrısı Qarın ağrısı və nəcisdə qan
- Xüsusən 1 yaşa kimi uşaqlarda təkrari qusmalar varsa, təcili yardım çağırılmalıdır
- Diareya, yüksək hərarət
- Kəskin qanstroenterit
- Tutma şəkilli ağrılardan sonra nəbzin zəfləməsi, huşun itməsi – bu artıq susuzlaşmanın əlamətidir
Əgər uşağın qarnı ağrıyırsa və güclü köp varsa, bu onun qida və yuxu rejimini pozur.
Qarında problem olmasının digər əlamətləri:
- Uşaq az və pis yeyir
- Qışqıraraq döşdən çəkilir
- Əllərini qarnında yumruqlayıb sıxır
- Xüsusən yeməkdən sonra üzündə narazılıq, ağrı mimikası olur
- Qarın əzələləri gərgin olur, toxunanda ağlayır
- Qarnı ağrıyan körpə adətindən daha uzun müddət ağlayır, sakitləşdirmək mümkün olmur
Qarnı ağrıyan uşağın qidalanması.
Körpələrdə hansı qidanı təxirə salsanız da ana südü verilməlidir. Çünki məhz ana südü uşağın mədə-bağırsaq sistemini formalaşdırır. Eləcə də faydalı bakteriyalar alır.
- Tərəvəz bulyonu – əgər uşaq 6 ayı keçibsə, təzə tərəvəz bulyonu və meyvə püresi verilə bilər.
- Qarın ağrısında düyü sıyığı verilə bilər. Əgər qəbizlik varsa, düyü olma
- Diareya varsa, düyü daha məqsədəuyğundur.
Ananın səhvləri:
Uşaqlarda bağırsağı pozan, qarın ağrısına səbəb olan səhvlərdən biri evdə qidanın bişirilmə, hazırlanma texnologiyasına düzgün əməl olunmamasıdır. Çiy su ilə yuyulan çiy tərəvəz, meyvədə patogen mikroorqanizmlər ola bilər. Ona görə qaynar su ilə yuyulmalıdır.
Yeməkdə istifadə olunan su tam qaynamalıdır.
Allergen qidalar diqqətdə saxlanmalıdır.
Uşağın əllərinin gigiyenik təmizliyinə fikir verməli. Çünki çirkli əllərlə ağzından mikroblar keçir.
Dərmanlar olmaz
Uşaqlara böyüklər üçün nəzərdə tutulan qəbizlik vasitələri, qarın işlədicilər və ağrıkəsicilər verilə bilməz.
Susuzlaşmanın qarşısını almaq üçün uşağa çox maye vermək lazımdır. Əgər kolik varsa, qarını isti saxlayıb, isti əllərlə qarını yüngül dairəvi masaj etmək olar. Körpənin qarnını isti odeyala büküb, özünüzə sıxa bilərsiz. Bu onu psixoloji sakitləşdirəcək.
Mənbə: Medicina.az