Verdiyiniz məsləhətlərə özünüz əməl edirsiniz?

Verdiyiniz məsləhətlərə özünüz əməl edirsiniz?

  • Uşağınızı hər mövzuda xəbərdar edir və ona yaxşı olanı öyrətməyə çalışırsınız. Yaxşı ya bütün söylədiklərimizi siz tətbiq edirsinizmi?
  • Uşağınıza başqalarına kömək etmənin nə qədər gözəl bir şey olduğunu söyləyib dayanırsınız; amma böyük marketlərdə etdiyiniz alverlərin ardından alver səbətini belə yerinə qoymağa ərinirsiniz
    Tez-tez “yetər uşağım artıq, bağla bu televizoru!” deyirsiniz; amma hər axşam, yatana qədər davamlı televizor izləyirsiniz.
  • Uşağınız nə vaxt bədənindən şikayət etsə, ona bu halının nə qədər sevimli və gözəl olduğunu söyləyirsiniz; amma siz də davamlı kilolarınızla məşğul olub dayanırsınız.
  • Uşağınıza dostu ilə dalaşdıqdan sonra səhv etdisə ,üzr istəməsi lazım olduğunu söyləyirsiniz; amma siz və yoldaşınız heç bir mübahisədən sonra uşağınızı barışmanıza daxil etmirsiniz.
  • Hirs partlamalarını nəzarət etməsi lazım olduğunu söyləyib dayanırsınız; amma siz avtomobil istifadə edərkən ətrafdakı avtomobillərin şoferlərinə davamlı hirslənirsiniz.
  • Uşağınıza davamlı “Problemin nə? izah et,” deyirsiniz, amma yoldaşınıza əsəbləşdiyiniz zamanlarda o bu sualı hər soruşduğunda “Bilmirsənsə izah edəcək bir şey yox onsuz da!” deyirsiniz.
  • Uşağınızı özünü digərləri ilə müqayisə etməməsi mövzusunda istiqamətləndirirsiniz; amma qonşularınızla ya da yoldaşlarınızla tez-tez çəkişir hətta bir çox mövzuda onları qısqanırsınız.
  • Uşağınıza daha yaxşı bir dinləyici olmasını nəsihət edirsiniz,amma cib telefonunuz hər çaldığında, o sırada uşağınız sizə nə izah edir olursa olsun, onun izah etdiklərini bölürsünüz.
  • Sırasını gözləyə bilmənin əhəmiyyətini vurğulayıb dayanırsınız,amma söz mövzusu televiziyanın pultu olduğunda bu qaydanın etibarlılığı qalmır.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });