Kim Uestin məşhur amerikalı yazıçı və yuxu mütəxəssisidir. O, körpələrə yuxu tərbiyəsini inkişaf etdirmə mövzusunda mütəxəssisdir.
K. Uestin bildirib ki, körpələrin yatmasından əziyyət çəkən analar özlərini çarəsiz hiss etməsinlər. Bəs yaxşı yatmayan körpənin öhdəsindən necə gəlmək olar?
Yuxu mütəxəssisi, ilk növbədə, “uşağım olsun, onu heç vaxt yelləyərək yatırtmaram”, – deyən analardan bəhs edib. O bildirir ki, məhz həmin analar körpə yatmayanda az qala evin hər yerində yelləncək qururlar. Odur ki, əvvəldən danışmaq olmaz. Çünki uşaq baxımında ən çətin məsələlərdən biri onun yatmasıdır: “Uşaq ağalayarkən səbrli olun. Ən ağlağan körpə belə, orta hesabla 15-20 dəqiqəyə yuxuya gedir. Bu müddətdə ana-atalar kitab oxuyur, duş qəbul edir və ya televizora baxır. Uşaqları yuxuladan davranışlar sırasına yumşaq oyuncaqlarla oynamaq, barmaq əmmək, hekayə dinləmək, saçları və ya ədyalları ilə oynamaq, yellənmək və s. daxilidir. Ən əhəmiyyətli məqam odur ki, bunlardan hansının uşağı rahatlatdığını və yuxulatdığını kəşf edin. Bu, bir qızıl qaydadır. Körpə ilə nəzakətli ifadələrlə ünsiyyət qurmaq, tərif və sevgi müvəffəqiyyətin açarıdır”.
Körpələri fasiləsiz yatırtmaq mümkündürmü?
Yuxu müddətində yüngül yuxu ilə dərin yuxu (REM və qeyri-REM) arasında keçid edirik. Bu keçid zamanı əslində hamımız oyanıb yastığımızı düzəldir, tualetə gedir, su içirik. Çox normal formada da yenidən yuxuya gedə bilirik. Uşaqların da oyandıqdan sonra yenidən normal yuxuya getməsi üçün uyğun mühit hazırlayın. Bunlar aşağıdakılardır:
Qaranlıq: Qaranlıq otaq uşağınızın bioloji ritmiylə uyğundur. Körpə gecə saatlarında da qidalanırsa, bunu zəif işıqda edin.
Səs-küy: Körpələr ana bətnində gurultulu bir mühitdə olurlar. Gecənin səssizliyi onlar üçün tanımadıqları bir mühitdir. Səs-küy onları rahatladır və narahatedici səsləri blok edir.
İstilik: Otaq istiliyinin 20-22 dərəcə olması idealdır.
Ekologiya: Körpənin yatağına bağlanmış səsli oyuncaqlar və otaqdakı bəzəklər ona yuxu əvəzinə oyun zamanıdır mesajını verə bilər. Yatmaq vaxtı oyuncaqları yığışdırın ki, körpənin diqqətini çəkməsin.
Körpələri yelləyərək yatırtmaq doğru üsuldur?
6 aydan kiçik olan körpələr üçün bir qorxusu yoxdur. Uşaq 6-cı ayına girdikdən sonra analar körpələrinə özlərinin sərbəst yuxuya getmələrini öyrətməlidirlər: “Körpələr 6 aydan sonra fasiləsiz 11 saat yata bilər. Bağçaya başlayan uşaqlarda gündəlik yuxu ehtiyacı 11, ibtidai sinif yaşında 10 saatdır. Yuxu saatından 1 saat əvvəl elektron cihazları bağlayın, uşağı sakitləşdirin. Sakit səs tonu ilə kitab oxuyun. Özü sərbəst yuxuya getməyi öyrənən və gün ərzində kifayət qədər yatan bir körpə hələ də gecələr oyanırsa, demək, bunun tibbi səbəbləri ola bilər”.
Mütəxəssis deyir ki, hər hansı bir səbəbdən ortaya çıxan burun tıxanıqlığı da yuxu nizamına mənfi təsir edir. Tənəffüs yollarına təsir edən qrip, astma və allergiya də yuxuya təsir edən tibbi səbəblər arasındadır: “Bu səbəblər ucbatından körpə bütün gecəni yatmaq üçün rahat bir mövqe tapmağa çalışır və yerində eşələnir, ağlayır. Yuxuda nəfəs almağı çətinləşdirən başqa bir səbəb də reflüksdir. Reflüks körpənin mədə turşusunu ağzına qaytarır. Bu da boğazın, badamcıqların şişməsinə səbəb olur, nəfəs almanı çətinləşdirir. Çox uşaqda yuxusuzluq genişlənmiş badamcıqlar və ya limfadan qaynaqlanır”.
Yuxu öncəsi nələr edilməlidir?
Yuxu öncəsi edilən bəzi hərəkətlər beyinə yavaşlama, yuxuya hazırlanma mesajı verir, nəticədə melatonin hormonu istehsal olunmağa başlayır. Ana-körpə arasındakı bağın güclənməsi üçün də bu baxımdan əhəmiyyətlidir. Yuxu öncəsi rituallar üçün 20-30 dəqiqə kifayətdir. Bu müddətdə 2-3 fəaliyyət reallaşdıra bilərsiniz. Bunları hər gecə mütləq eyni sıra ilə edin.
- İlıq duş
- Uşaq masajı (körpənin otağında edilməl
- Rahatlatıcı musiqi və ya laylay söyləmək
- Əmizdirmək və ya əmzik vermək
- Qazını çıxarmaq
- Bələmək
- Qucaqlamaq
- Körpə 6 aylıq olduqdan sonra kitab oxumaq
Kim Uestin ən məşhur 5 qaydası:
- Uşağınızın yuxu nizamını nəzərə alaraq planlaşdırma edin.
- Uşağınızın yuxu nizamı ilə əlaqədar məlumatınız olsun.
- Bir uşağın yuxu nizamını yaratmaq üçün heç vaxt gec deyil.
- “Qoy ağlasın” xaricində variantlarınız olduğunu unutmayın.
- Özünüzü çox yükləməyin. Nəticədə hamımız əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq.
Milli.Az