Tourette sindromu kompleks və neyropsixiyatris pozuntudur.Sürətli fiziki və səs tiklərinin birləşdiyi nevroloji vəya neyrokimyəvi pozuntudur.Sindrom adını fransız həkimi Gilles de la Tourette’dən alır.Tiklər birdən ortaya çıxan, sürətli, ritmik olmayan bir motor hərəkət ya da səs çıxarmadır. Sadə fiziki tiklərə göz qırpma, gözlərdə hərəkətlilik, dişləri bir birinə sürtmə, başını sallamaq, boynu döndərmə,çiyinləri silkələmə, dili bayıra çıxarmaq aiddi.Sadə səs tiklərinə isə hürmək kimi səslər çıxarma, üfləmə, boğazı təmizləmə, öskürmə, hırıldama, bağırmaq və s. aiddi. Bu sindrom özünü 5-6yaşlardan göstərməyə başlar. Bu sindrom genetikdir.Tez doğulmuş və Down sindromlu, Oitizmli uşaqlarda bu sindroma tutulma riski daha yüksəkdir. Tourette sindromlu uşaqlar cəmiyyət içinə çıxmaqdan çəkinirlər və insanlardan qaçırlar. Bu uşalar istəmədən bu hərəkətləri edir və səsləri çıxarırlar. Onlar buna heç cür mane ola bilmirlər, çünki bu onların özlərindən asılı olan bir şey deyildir və bir başa beyinləri ilə əlaqəlidir.
Bele uşaqlara ikl köməyi valideynləri və məllimələri etməlidir. Valideynlər bu işdə uşağa həmişə dəstək olmalı, uşaq fiziki və səs tikləri edərkən onlara əsəbləşməməlidirlər. Səbirli olmalıdırlar. Həmçinin bu vəziyyəti uşağın müəllimlərinə də izah etməlidirlər. Dərs prosesi zamanı bu tiklərin olması həm uşaqları həm də müəllimi narahat edir və dərsin gedişatını poza bilər. Bu zaman müəllim şagirdlərin qarşısında həmin uşağı danlamamalı, sinifdən qovmamalıdır.Bu uşağa çox pis təsir edir axı onlar narahat olan müəllimdən və şagirdlərdən daha çox narahat olurlar. Onlar da bizim kimi insanlardır. Cəmiyyətə qoşulmağa, sevməyə, sevilməyə, qayğıya ehtiyacları vardır. Buna görə də belə insanları özümüzdən ayırmamalı və onlara da eyni münasibəti göstərməliyik. Bu sindroma aiddi ən gözəl film “Front of the class” filmidir. Bu filmdə baş qəhrəman Brad Cohen Tourette sindromundan əziyyət çəkir, ancaq o bununla barışaraq əslində heç kimdən seçilmədiyinin fərqinə varır və məqsədləri, arzuları uğrunda heç vaxt yolundan geri dönmür. Bu filmə baxmaqla vəziyyəti daha yaxşı başa düşəcəyinizəümid edirəm.
Gərayzadə Elmira-BDU Sosial elmlər və psixologiya fakültəsi III kurs tələbəsi