İlk dəfə olaraq 1911 – ci ildə İsveçrə psixiatrı Eyqen Bleyler tərəfindən ” autzm termini” elmi ədəbiyyata gətirilib. “Autizm” termini “autos “(özüm) yunan sözündən əmələ gəlib. Autizm fərdin ictimi ünsiyyətinə, dil inkişafına və xarici dünyadan gələn informasiyaları qəbul etməsinə təsir edən neyro – inkişafı pozğunluqdur. Autizmin əlamətləri 3 yaşından əvvəl müşahidə edilməyə başlayır.
Autizmin davranış simptomlarına aşağıdakılar aiddir;
- Sosial ( sosiallaşma ) problemi – Başqa uşaqların oyunlarına maraq göstərməyə bilər, bacı – qardaşına münasibətdə qəddarlıq nümayiş etdirə bilər, valideynlər onu qucaqda tutduqda, yaxud öpdükdə buna hər yolla mane olmağa çalışır, yatağında uzandığı vaxt kimsə ona əllərini uzadıb onu qucağına almaq istədikdə o da qarşılıqlı olaraq əllərini uzatmır və s.
- Kommunikativ ( ünsiyyət ) problemi – Ətraf şəraiti hiss etmir, vizual əlaqədən yayınır, böyüklərin əlindən istifadə edir onu yönəldir və s.
- Qəribə və ya ritual davranış – Əllərini yellətmə bir – birinə çırpma, durduğu yerdə öz ətrafında dönmə, xətt boyunca düzmə, öz – özünü yırğalamaq, işığı yandırıb söndürməyə sonsuz maraq və s.
- Motorika – Pis koordinasiya, xırda motorika problemləri, fəza qavramanın defisiti, yöndəmsizlik yaxud mükəmməl tarazlıq və s.
- Sensor yüklənmələr – Saçının qırxılmasına imkan vermir, su prosedurlarından qətiyyətlə imtina edir, musiqi səsinə güclə tab gətirir, əşyaları üzünə çox yaxın tutaraq fırladır, paltar dəyişməyi sevmir və s.
- Özünə xətər yetirmə – Başını çırpır, özünü dişləyir və bu zaman ağrı əlamətləri göstərmir, öz dərisini qaşıyıb cırmaqlayır, öz saçını yolur və s.
Autistik əlamətləri göstərən digər diaqnozlar:
- Pedaqoji baxımsızlıq
- Ləngimə + pedaqoji ləngimə
- Displaziya (beyin həcminin kiçilməsi )
- Uşaq depressiyası
- Mutizm
Asperger – elmə 1944-cü ildə Avstarliyalı psixiatr Hans Asperger tərəfindən gətirilmişdir. Oğlanlarda daha çox müşahidə olunur. Aspergerli uşaqlar körpəlik illərində sağlam inkişaf edirlər, danışmanın gecikməsi olmur, hərəkətlərinə nəzarət etməkdə çətinlik çəkirlər, müvazinətsizlikləri nəzərə çarpa olur. Emosional sferada pozulma olur. İki sahədə ( riyaziyyat və rəsm ) yaxşı inkişaf edirlər.
Rett sindiromu – İlk dəfə olaraq 1965-ci ildə Andress Rett tərəfindən araşdırılıb. 1983-cü ildə isə elmə gətirilib. Daha çox qızlarda rast gəlinir. Buna görə də “qız xəstəliyi” adlanır. Müəyyən olunmuşdur ki, xəstəlik X xromosomu üzərində olan MECP2 geninin qüsurlu olmasından irəli gəlir. Danışma qabiliyyətinin və əl bacarıqlarının itkisinə səbəb olur. Tarazlıq pozuntusu və getmədə pozulma başlaya bilər.
Rett sindrounun klinik gedişində 4 stadiya ayırd olunur. 1) Xəstəlik başlandıqdan sonra təxminən 6 – 8 ay sonra davam edir və “Autistik ” stadiya adlanır. Bu dövrdə uşaqda psixi inkişaf dayanır, ətrafdakı oyuncaqlara və insanlara maraq itir. 2) Bu mərhələ təxminən 1 – 4 yaş arası dövrdə rast gəlinir və “Sürətli reqresiya” dövrü adlanır. Bu uşaqlarda nitq bir qayda olaraq ya inkişaf etmir, ya da zəif inkişaf etmiş olur. Əgər bu dövrdə nitq inkişaf edibsə də, bu mərhələdə nitqin pozulması baş verir. Bundan əlavə yuxu pozğunluğu, autoaqressiya(özünün dişləmə),cırmaqlama , ümumi motor narahatlıq ola bilər. Əldə əşyanı tutma qabiliyyəti itir. Oynaqların rekurvasıyası nəticəsində pilləkəndən enişin çətinləşməsi baş verir. 3) Psevdostasionar stadiyada uşağın vəziyyəti daha da ağırlaşır. Çeynəmə və udma qabiliyyətinin itirilməsi, epileptik hallar müşahidə olunur. Göz təması qorunub saxlanır, adı çəkildikdə reaksiya verir, ana və digər yaxınları ilə yalnız “taktil oyun” şəklində saxlanılır. Bu mərhələ 10 il və daha artıq çəkə bilər. 4) Total əqli gerilik stadiyası – bu dövrdə artıq nitq ilə yanaşı çeynəmə, yerimə və digər həyati vacib bacarıqların tamamilə itirilməsi baş verir. Ölüm bir qada olaraq həyatın 20-25-ci ilində baş verir.
Dezinteqrativ pozuntu, digər adı ilə desək Heller sindromu 3 yaşından sonra uşaqlarda yaranır. Bunun nəticəsində uşaqların nitqində, motorikasında, sosial həyatında geriləmə baş verir. Niyə yarandığı isə hlə dəqiq bilinmir. Lakin bəzən onun yaranmasında dərman preparatlarının və psixososial hadisənin rolunu göstərirlər.Psixososial hadisələrə isə ayrılıq , ölüm, ailədaxili davalar, yeni bir uşağın doğumu, məktəbə başlamaq, yaşadığı evdən köçmək və s., tibbi səbəblərə isə qızılca, yüksək dərəcəli qızdırma, hepatit və s. aid edilir.
Heller sindromu ilk dəfə 1908-ci ildə Avstraliyalı Theodor Heller tərəfində aşkar edilib. Klinik göstəricilərə əsasən oğlanlar arasında qızlara nisbətən 4-8 dəfə çox yayıldığı göstərilib. Bəzən autizmlə səhv salınır, lakin bunu autizmlə səhv salmaq olmaz. Dezinterqativ pozuntudan əziyyət çəkən uşaq adətən 2 yaşına qədər normal inkişafda olur və hər şey o zamana qədər qaydasında olur. Ancaq 2 yaşından 10 yaşına qədər qazandığı bacarıqlar aşağıdakı sahələrin ən az ikisində tamamilə itir;
- Oyun bacarıqları
- Dil öyrənmə bacarığı
- Dil bacarıqları (danışıq)
- Tualet ehtiyacını saxlaya bilmək bacarığı
- Sosial bacarıqlar və özünə baxa bilmək bacarığı
Heller sindromu fərqli formalarda irəliləyir. İnkişaf mərhələləri aşağıdakılardır;
- 2 il içərisində nitq, insanlarla əlaqə, oyunlr formalaşır
- 3 yaşdan 10 yaşa qədər isə oyun, nitq, davranış, motorika qabiliyyətlərinin böyük hissəsi itirilir
- Yaşıdları ilə oynamaq, əlaqə saxlamaq itir
- Nitq təmiz itir
- Nitqdən sonra motorika da itir
AGAYEVA SEVDA
Narınc Uşaq Psixologiya Mərkəzinin psixoloqu