Uşaqlarda bir sıra zərərli vərdişlərə rast gəlmək olur. Bunlar əsasən ac qalan uşaqlarda, kifayət qədər qidalanmayan uşaqlarda ve ya süni qidalar qebul eden uşaqlarda daha çox rast gelinir.Kiçik yaşlı uşaqlarda pis vərdişlərdən biride dırnaq yemə vərdişidir.Dırnaq yeme vərdişine 3 və ya 4 yaş arası vaxtlarda rast gəlinir.Daha kiçik yaşlı uşaqlarda rast gelinen bir hal deyil.Dırnaq yeyən uşağın bu davranışının altında etibarsızlıq duyğusunun yatdığı düşünülmelidir.Heddindən artıq tezyiq gören və ya özüne inamı olmayan uşaqlarda daha çox rast gelinir.Eyni zamanda mütəmadi olaraq tənqid gören və ya diqqetsiz,sevgisiz bir mühitde böyüyən uşaqlarda da dırnaq yemə vərdişi özünü göstərir.Ümumiyyetlə bu hal demək olar ki uşaqların yarısında müşahide olunur.Bəzən ortada elə bir səbəb olmadan da uşağın dırnaq yeməsinin şahidi oluruq.Ailəsində və ya yaxın ətrafında dırnaq yeyən birisini görən uşaq dırnaq yeməyə başlayır.Bu davranışı aradan qaldırmaq üçün yol xüsusi ilə kiçik yaşlarda bu davranışı görməzdən gəlməkdir.Digər bütün davranışlarda olduğu kimi bunu da yaradan səbəblər tapılmalı və həll edilməlidir.Bütün neqativ verdişlər kimi məhz dırnaq yemə də təkcə uşaqlıq dövründe rast gəlinmir:mektəbəqədər, məktəb, yeniyetmə yasşlılarda da rast gəlinir.
Dırnaq yemə vərdişinin altında qeti olaraq qayğının yatdığı və ya başqa adamı görerek ondan nümune götürüldüyü qeyd olunur.Bu problemi həll edərkən əvvəlcə bu qayğının azaltmaq lazım olduğunu, maraq və sevgi aclığının duyurulmasının ilkin şərt olduğunu bilmək lazımdır.Üstəlik problem vərdiş halına gəlmişse həlli bir qədər çətin olur.Bu tip davranış pozuntusunda pisixoloq yardımı almaq çox vacibdir.Burada əsas məqsəd düzgün olmayan davranışı aradan qaldırmaq, yerine yeni düzgün davranış qoymaq lazımdır.Buma davranışı formatlama deyilir.Əsas məsələ problemi yuxarı yaşlara getməyə qoymamaqdır.
Ən uzun müddətli həll davranışın kökünü əvvəlcədən müəyyənləşdirməkdir.Uşaq ilə əməkdaşlıq çərçivəsində səbəblərin aradan qaldırılmalıdır.
Kiçik yaşlarda oyuncaq ilə uşağın diqqətini başka isriqamətə yönləndirmək lazımdır.
Narinc Uşaq psixologiya Mərkəzinn könüllüsü Musayeva Zərif