Dislaliya və onun korreksiyası

Dislaliya və onun korreksiyası

Dislaliya sözü yunancadan tərcümədə “ dis” pozulma, “laliyo” nitq , yəni pozulmuş nitq deməkdir. Bildiyimiz kimi nitq 5 yaşına kimi tam formalaşıb qurtarır, lain bəzi uşaqlar bu yaş həddini keçmələrinə baxmayaraq, onların səs tələffüzündə qüsurlar qalmaqda davam edir. Normla eşitmənin mövcud olduğu belə nitq qüsuru dislaliya adlanır.

Dislaliya mexaniki və funksional ola bilər.

Mexaniki dislaliya artikulyasiya aparatının qüsurları nəticəsində yaranır. Funksional dislaliya artikulyasiya aparatının normla halında səslərin qüsurlu tələfüzüdür. Funksionla disloliyanın əsas səbəblərindən biri ailədə uşağın nitqinin düzgün tərbiyə olunmamasıdır. Buna misal olaraq, böyülərin uşaqlarla “uşaq dilində” danışması, kiçik bacı qardaşlarının yamsılanması, ailədə qüsurlu danışçanın yamsılanması, kiçik yaşlarından qalan yanlış səs tələffüzünün vaxtında aradan qaldırılmaması, valideynlərin laqeydliyi və .s. göstərmək olar.

Dislaliyanı aradan qaldırmaq üçün hansı səslərin qüsurlu tələffüs olunduğunu aşkar etmək lazımdr. Bunun üçün uşağa hər bir səsin əvvəldə ortada və axırda işləndiyi şəkillər və ya mətn təklif olunur.

Uşağın səs tələffüsündə olan qüsurlarını ardan qaldırmaq üçün ilk növbədə onun, səsi qüsurlu tələffüs edərkən hansı səhvlərə yol verdiyini müəyyən etmək lazımdır. Bu zaman, səslərin başqa səslərlə əvəz edilməsi, qüsurlu tələffüs olunması və ya heç tələffüsü olunmaması aşkar edilə bilər.

Səs qüsurunun aradan qaldırılmasının üç üsulu vardır:

1) Yamsılama ( imitasiya)

2) Mexaniki ( loqopedik zondların köməyilə)

3) Qarışıq ( hər iki üsulun tətbiqi)

Səs qoyuluşu aşağıdakı mərhələlər üzrə aparılır:

1) Artikulyasiya aparatını qoyulacaq səsin tələffüsünə hazırlamaq.

2) İzolə olunmuş səsin alınması.

3) Səsin hecalarda möhkəmləndiriliməsi

4) Səsin sözlərdə möhkəmləndirilməsi

5) Səsin cümlələrdə möhkəmləndirilməsi

6) Səsin sərbəst nitqdə möhkəmləndilirməsidir.

Ən əvvəl vaxtında vaxtında uşaqların nitqini tətqiq edib, qüsurları üzə ıxartmaq lazımdır. Bu məqsədlə 4 yaşından gec olmayaraq uşaqlar loqopedik müayinədən keçməlidirlər. Loqopedik müayinə zamanı dislaliyalı uşaqların ən əvvəl artikulyasiya aparatının quruluşu bütün incəlikləri ilə yoxlanılmalıdır. Sonra onun səs tələffüzünün vəziyyəti çox diqqətlə müayinə edilməlidir. Bundan əlavə fonematik qavramanın da vəziyyəti yoxlanılmalıdır.

Ӏ. Artikulyasiya aparatının müayinəsi: Bu mərhələdə loqopedik artkulyasiya aparatının üzvlərini yoxlayıb onların quruluşunda ola biləcək qüsurları üzə çıxartmaq lazımdır.

II. Səs tələffüsünün müayinəsi:

Bu zaman bu və ya digər səsin ayrılıqda və nitqdə müstəqil işlətmə bacarığı yoxlanılır.

III.Fonematik qavramanın müayinəsi: Uşaqlarda səs tələffüsünün yoxlanılmasından sonra onun eşitmə ilə səsləri qavraması və fərqləndirilməsi mütləq müəyyən edilməlidir. Xüsusilə də bu o səslərə aiddir ki, onlar artikulyasiyaya görə oxşar və ya səslənmısinə görə yaxındırlar.

Nigar Qurbanova

Narınc Uşaq Psixologiya Mərkəzinin defektoloq-loqopedi

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });