Hamiləlikdə qrip və soyuqdəymə

Hamiləlikdə qrip və soyuqdəymə

Havaların soyuması hamilə qadınları onların qripə yoluxacağı və körpələrinə bir zərər dəyəcəyi təhlükəsi ilə qarşılaşdırır.

Qrip və soyuqdəymə nədir?
Qrip (elmi adı influenza) və soyuqdəymə bir-biriylə çox qarışdırılır və hətta eyni xəstəlik kimi qəbul edilir. Ancaq bunlar bir-birindən çox fərqlənən iki vəziyyəti ifadə edirlər. Hər iki xəstəlikdə oxşar əlamətlər yaşansa da həm xəstəliklərin səbəbləri, həm də yaratdıqları nəticələr çox fərqlənirlər. Hər iki halda viruslar törədici rolunu oynayır və yuxarı tənəffüs yollarını tuturlar. Qrip Influenza A, B, və C adı verilən 3 növ virusa bağlı bir xəstəlik olduğu halda, soyuqdəyməyə 200 növ virus səbəb ola bilər.

Soyuqdəymə
Soyuqdəymə ümumiyyətlə burun yollarını tutan bir xəstəlikdir və bu xəstəliyə səbəb olan mikrobların əsas bir qismi “rhinovirus” adı verilən qrupa daxildir. Rhino yunanca burun mənasını daşıyır.
Xəstəlik virusa yoluxduqdan 2 gün sonra ortaya çıxır. Ən çox rast gəlinən şikayətlər soyuqdəymə, burun tutulması və asqırmadır. Hərarətin yüksəlməsinə rast gəlinmir, ancaq boğaz ağrısı ola bilər. Lakin müayinə zamanı boğazda qızartıya rast gəlinmir. Virusun növündən asılı olaraq gözlərdə sulanma, öskürək, burun axması, iştahsızlıq, halsızlıq kimi şikayətlər də yarana bilər. Burun axma əvvəlcə duru, sonralar isə sarı-yaşıl rəngdə bərkləşmiş olur. Bütün bu əlamətlər 7-10 gün ərzində azalaraq öz-özünə itir.

Qrip
Influenza viruslarının törətdiyi qrip xəstəliyi isə hər il məşhur epidemiyalara səbəb ola bilən ciddi bir xəstəlikdir. Bütün dünyanı düşündürən qrip epidemiyası günümüzə qədər 20 milyondan çox insanın ölümünə səbəb olmuşdur.
Amerika Xəstəliklərin İdarə olunması Mərkəzinin məlumatlarına görə hər il əhalinin 10-20% i qripə tutulur və orta olaraq 114min adam qrip xəstəliyi ilə xəstəxanada müalicə edilmək məcburiyyətində qalır. 20mindən çox adam həyatını itirir. Həyatını itirən xəstələrin əsas bir qismi ya ciddi sağlamlıq problemləri olan xroniki xəstələr, ya da yaşlı və zəif xəstələrdir. Buna görə də qrip çox ciddi bir xəstəlik hesab olunur.
Xəstəliyə səbəb olan virus çox tez-tez öz formasını dəyişdirdiyi üçün geniş epidemiyalara səbəb olur.
Xəstəlik ümumi bədən hərarətində yüksəlmə, yəni temperatur ilə başlayır. Üzdə qızarma və halsızlıq meydana çıxır. Bəzi insanlarda başgicəllənmə, ürək bulantısı və qusma baş verə bilir. Hərarətin yüksəlməsi adətən 2-3 gün davam edir, lakin bəzən 5 gün də çəkə bilir. Hərarətdən sonra ümumi tənəffüs pozğunluqları meydana çıxır. Ən geniş rast gəlinəni quru öskürəkdir. Bununla yanaşı boğaz ağrısı, boğazda qızartı, soyuqdəymə əlamətləri, oynaq ağrılarına da tez-tez təsədüf olunur.

Qrip virusu tənəffüs sistemində burun, boğaz, nəfəs borusu hətta ağciyərlərə belə keçərək tənəffüs yollarının epitel təbəqəsini zədələyir. Öskürəkdən savayı digər əlamətlər 1 həftə içində itir, lakin öskürək bir neçə həftə davam edə bilir.

Hamiləlik, qrip və qrip peyvəndi
Hamiləlik qripə tutulmaq üçün bir risk meydana gətirmir. Ancaq hamilə qadın qripə tutularsa xəstəliyin və hamiləliyin ağırlaşma riski artmış olur. Eyni yaş qrupundan olan qadınlar müqayisə edildiyində hamilə olanların qrip səbəbi ilə xəstəxanaya yerləşdirilməsi hamilə olmayanlara nisbətən daha çox rast gəlinir. Hamiləlik insanın immun sisteminin zəifləməsi ilə yanaşı qan dövranı və tənəffüs sistemində də dəyişiklərə səbəb olaraq daha yüksək risk altına almış olur.
Qrip peyvəndi canlı virusdan ibarət olmayan və hamiləlikdə istifadə edilə bilən etibarlı bir peyvənddir. Amerika Ginekolog və Mamalar birliyi (ACOG) epidemiya mövsümündə hamiləliyinin ikinci ya da 3cü trimestrində (üçaylıq) olan qadınlara qrip peyvəndi edilməsini təklif edir.
Bundan əlavə şəkər xəstəliyi, bronxial astma, yüksək təzyiq kimi yüksək risk vəziyyətlərinin varlığı zamanı hamiləliyin müddətinə baxılmadan qrip peyvəndi edilməsi təklif edilir. Sadalanan risk faktorları olmayan qadınlara isə 1ci trimestrin (üçaylıq) sonunda qrip peyvəndi edilməsinə icazə verilir.
Bununla yanaşı peyvənddən sonra anada inkişaf edən antitellər müəyyən miqdarda körpəyə də keçərək həyatının ilk aylarında onu da qripə qarşı qoruyacaqdır.
Qrip mövsümü ümumiyyətlə noyabr-aprel aylarını əhatə edir. Xəstəlik ən çox dekabr ilə martın əvvəlinə qədər olan dövrdə rast gəlinir. Epidemiya başlayarkən ilk 3 həftə daha geniş yayılır, sonrakı aylarda getdikcə azalmağa başlayır. Peyvənd üçün ən ideal dövr oktyabr ayı ilə noyabr ayının ortasına qədər olan dövrdür. Peyvənddən sonra antitellərin yaranması və qoruyucu funksiyanın başlaması üçün 1-2 həftə vaxt lazım gəlir. Qrip peyvəndinin qoruyuculuğu 70-90% arasında dəyişir.
Qrip peyvəndi hamiləlikdə və əmizdirmə dövründə etibarlı olaraq qəbul edilir.
Qrip peyvəndinin ola biləcək əlavə təsirləri bunlardır:
İnyeksiya sahəsində (iynə vurulan nöqtədə) lokal həssaslıq və şişkinlik (10-64% hallarda)
Yüngül hərarət və halsızlıq
Nadir olaraq allergik reaksiya

ana.az

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });