Qəbizliyin qarşısını alır, yüksək təzyiqi salır... - Hər gün 1 stəkan için

Qəbizliyin qarşısını alır, yüksək təzyiqi salır… – Hər gün 1 stəkan için

Probiotik qaynağı kimi tanınan kefirin insan sağlamlığına bir çox faydası var. Kefir süd turşusu və spirt fermentasiyası ilə əmələ gələn qatığa bənzər tünd konsistensiyalı, köpüklü, dadı yüngül turş süd məhsuludur. Kefirin tərkibində insan bədəninə olduqca faydalı təbii bakteriyalar var. Bu faydalı bakteriyalar immun sistemini gücləndirməkdə, başda xərçəng olmaqla allergiya narahatlıqları, iştahsızlıq, yuxusuzluq, vərəm, bronxit, astma, eqzema və bir çox başqa xəstəliyə müsbət təsir edir. Ən əhəmiyyətlisi isə odur ki, xəstəliklərə qarşı müqavimət qazandırır. Aile.lent.az kefirin çoxsaylı faydaları ilə sizi tanış edir.

  • Boğazdakı bəlğəm yığnağına yaxşı təsir edir, yenidən meydana gəlməsinə mane olur.
  • Ağciyər infeksiyalarına qarşı mübarizə aparır.
  • Tərkibində olan A vitamini ilə göz sağlamlığına faydalıdır.
  • Ürək sağlamlığını qoruyur.
  • Bədəndəki artıq duzun və şişin aradan qaldırılmasına kömək olur.
  • Bağırsaq infeksiyalarının müalicəsində təsirlidir.
  • Dəriyə sürtüldükdə meydana gələ biləcək sızanaqların qarşısını alır.
  • Qəbizliyin qarşısını alaraq həzmi asanlaşdırır.
  • Antibiotik təsiri nəticəsində iltihablı xəstəliklərin müalicəsində təsirlidir. Xolesterolu aşağı salan xüsusiyyəti var.
  • Diqqət çatışmazlığını nizamlayır.
  • Mədədə yığılan və problem yaradan qazları azaldır.
  • Bədəndə meydana gələn göbələklərə yaxşı təsir edir.
  • Yüksək təzyiqi aşağı salır.
  • Bağırsaqlardakı tıxanıqlığı aradan qaldırır.
  • Daim yedikdə sinirləri gücləndirir.
  • Bütün bunlara bağlı olaraq çəkini azaltmağa kömək edir.

Nə qədər kefir yemək məsləhətdir?

Kefir hər hansı bir narahatlıq olduğu üçün deyil, mövcud sağlamlığın qorunması üçün gün ərzində 1 stəkan yeyilə bilər. Ancaq yeyilmə miqdarı insanın yaşı və çəkisinə görə fərqlidir. Bir içki növü olan kefir yeməklərlə birlikdə və ayrıca içilə bilər. Çəkisi çox olan insanlar yağsız süddən istifadə edərək əldə edilən kefiri içə bilərlər. Əgər kefir hər hansı bir xəstəliyə qarşı müalicə məqsədi ilə içilirsə, 1 stəkandan çox da içilə bilər. Bu mövzuda mütəxəssislə məsləhətləşməkdə fayda var. Kefirdə olan bakteriya və mayalar mədə daxilində parçalanmamış qidaların həzminə kömək edərək, qida itkisinin qarşısını alır. Mədə və bağırsaqlarda köp yaratmır. Ancaq unutmayın ki, kefir əsla dərman deyil.

aile.lent.az

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });