Ölüm anlayışını uşağa necə izah etməli ?

Ölüm anlayışını uşağa necə izah etməli ?

Travma -normal həyat davam edərkən birdən-birə ortaya çıxan ,həyatın normal axışını və fəaliyyətini əngəlləyən ,qorxu ,dəhşət ,çarəsizlik duyğularına yol açan , insanın varlığını təhdid edən sarsıdıcı hadisələr olaraq izah edilə bilər.

Travma -zəlzələ, sel kimi təbii fəlakətlər,müharibələr ,cinsi və ya fiziki təcavüzlər ,zorla qaçırılma ,nəqliyyat qəzaları, fərdin fiziki və ruhsal bütövlyünə yönəlmiş ,gerçək bir ölüm ya da ölüm təhdidi olan hadisələri yaşaması nəticəsində insanda yaratdığı ruhi təsirlənməni ifadə edir.Təsadüfən reallaşmış travmatik hadisələrin yaratdığı sarsıdıcı təsirlərdən qurtulmaq bəzən mümkün olsada, bəzəndə insanların psixoloji dəstəyə ehtiyacı ola bilər.

Uşaqlarda ölüm anlayışı və yas

Uşaqların çoxu üçün ailədən birinin ,yada dostlarından birinin ölməsi,yeni bir təcrübədir və uşaqlar bu zamanı baş qarışdıran , yada qorxuducu olaraq görürlər.Onların reaksiyaları bir itki ilə əlaqəli keçmiş təcrübələrinə və ölümün ətrafdakılar tərəfindən qəbul edilmə şəklinə görə dəyişəcəkdir.

Ölüm anlayışı uşaqların ən çox maraq duyduqları mövzulardan biridir.Ətrafında ölümlə əlaəqli söhbətləri eşidir, televiziyada ölüm xəbərlərini dinləyir ,müxtəlif ölümlərə şahidlik edir.Ölüm haqqında çox kiçik yaşlardan etibarən müxtəlif suallar soruşur.

İnkişaf dövrlərinə görə ölüm anlayışı

o 0-2 yaş – 2 yaşından kiçik uşaqların ölümlə əlaqəli heç bir fikirləri yoxdur.2 yaşından sonra tam olmasada ,ölümü anlamağa başlayırlar.Ancaq ölüm onlara uzun bir səyahət kimi gəlir və ölən inanın geri gələcəyini düşünürlər.

o 3-5 – Məktəbəqədər dövrdəki uşaqlar çizgi film qəhrəmanlarının öldüyünü və təkrar həyata qayıtdıqlarını gördükləri üçün ölümün davamlı olmasına inanmaya bilərlər.Ölümü geri qayıdıla bilən hadisə kimi başa düşə bilərlər. Ölümün bir insandan bir insana keçdiyinə və beləliklə, başqalarının və özünün də bundan ötrü ölə biləcəyinə inana bilər və qorxa bilərlər.

o 6-10- Ölümün geri qayıdıla biləcək bir hadisə olmadığını anlayır, ancaq özünün və sevdiklərinin ölməyəcəyinə inanır. Xüsusilə, ölümün yaşlılara və xəstələrə məxsus olduğunu zənn edir.Özünün ölə biləcəyəni qavraya bilmirlər.

o 11-13- 10 yaşından sonra uşaqlar ölüm anlayışını daha konkret bir şəkildə anlamağa başlayırlar.Ölümün həyatın sonu olduğunu, hər kəsin başına gələ biləcəyini və geri qayıdışın olmadığını dərk edirlər.

o 14-18-Təhlükəli vəziyyətlər nəticəsində ölə biləcəyini bilirlər.

Uşaqlara ölümü neə izah edə bilərik?

o Uşaqlar ölüm hadisəsi ilə qarşılaşmadan əvvəl ,yaş dövrlərinə uyğun olaraq sağlıqlı bir şəkildə ölüm anlayışının inkişafına çalışılmalıdır. Uşaqların ölümü normal həyatın bir parçası olduğunu qəbul etmələrini təmin etmək lazımdır.

o Həqiqət qısa müddətdə söylənməlidir.

o Uşaqla sakit bir şəkildə danşmalı və dəstəkləyici olunmalıdır.

o Sadəcə həqiqət söylənməlidir.Xəstəxanada , səyahətdə və s. həqiqəti öyrəndiyində sizə olan güvəni itə bilər.

o Uşaqların ölümlə əlaqəli düşüncələri və duyğuları haqqında danışmasına icazə verilməlidir.

o Uşağa kim deyəcək?Uşağa emosional olaraq ən yaxın olan insanın söyləməsi daha yaxşı olar.

o Ölümün həyatın sonu olduğu ,ölən insanın artıq geri qayıtmayacağını sadə şəkildə izah etmək lazımdır.Ölən insanın bir daha bizimlə olmayacağını, onun artıq yemək yeməyəcəyini , nəfəs almayacağını ,qısacası bütün bədən reaksiyalarının artıq olmadığını yaşına uyğun şəkildə izah edilə bilər

o Uşağa ölüm anlayışı izah edilərkən həyatdakı ölümlərdən istifadə etmək olar.Həyatdakı hər canlının sonsuza qədər var olmadığını ,bitkilərin, heyvanların da doğulub ,böyüyüb,yaşlanıb yox olduqları başa salına bilər/

o 6 yaşından kiçik uşaqların dini mövzuları başa düşmələri çətindir.Xüsusilə, Allahın ölən insanı çox istədiyi üçün yanına aldığı deyilməməlidir. Belə bir açıqlama edildiyində ,uşaq çox sevilən insanların öləcəyini duşünür və itirmək qorxusu yaşayır.

o Uşağa emosional dəstəklə yanaşı ,fiziki olaraqda dəstək olmaq lazımdır.Onu qucaqlamaq,əllərini tutmaq ,yanında olmaq çox vacibdir.

o Uşağın yaşadığı kədəri oyun oynama ,rəsm çəkmə, idman kimi fəaliyyətlərlə üzə vurmasını təmin etmək üçün şərait yaradılmalıdır.

Tərcümə etdi:Əhmədova Samirə (Narınc könüllü qrupunun üzvü)

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });