Yeniyetməlik yaş dövründə şəxsi inkişaf

Yeniyetməlik yaş dövründə şəxsi inkişaf

Şüur xarici aləm haqqında biliklərin məcmusundan ibarətdir. İnsanların davranışı və fəaliyyəti şüurlu xarakter daşıyır. Bundan başqa şüurun mühüm cəhəti mənlik şüuru ilə bağlıdır. Mənlik şüuru insanın özünü şəxsiyyət kimi tanıması və dərk etməsi prosesidir.

Mənlik şüurunun formalaşması yeniyetməlik yaşı dövrünə təsadüf edir. Yeniyetməlik yaşı dövründə şəxsiyyətin çox cəhətli münasibətini ifadə edən mürəkkəb keyfiyyətləri inkişaf edir və yeniyetmə bu keyfiyyətləri dərk etməyə başlayır. Z.Freyd öz konsepsiyasında insan şüurunun özünütərbiyəyə ehtiyac duyduğunu qeyd edib. Yeniyetmədə özünüdərketmə ilə yanaşı özünütərbiyə də yaranıb təkminləşir. Bu iki keyfiyyətin inkişaf etməsi yeniyetmənin həyat və fəaliyyətinə təsir edir. Bildiyimiz kimi böyük yeniyetməlik yaşı dövründə peşə- tədris fəaliyyəti aparıcı fəaliyyətdir. Öz potensial imkanlarının dərkedilməsi və şüursuzluq hadisələrindən həvəs və yönüm yeniyetmənin peşə sahəsi seçimində motiv rolunda çıxış edir. Həvəslər insanda ya ödənilməyən təlabata ya da şüur səviyyəsinə qalxaraq cəhdə çevrilir. Yeniyetmə isə artıq dərkolunan həvəsi və ya məqsədini öz potensial imkanları daxilində həyata keçirməyə çalışır. Bu zaman sosial mühitin təsiri böyükdür. Sosial mühit şüuru formalaşdırır və dəyərlər sistemini yaradır. Əgər yeniyetmənin dəyərlər sistemi düzgün qurulubsa onda o, bu həvəs və ya məqsədlərini daha da formalaşdırıb, inkişaf etdirib dəf edilməli hədəfinə çevrilir. Bu hədəf isə onun gələcəyidir. Burada Arnold Palmerin fikrinə nəzər salmaq lazımdır : Gec ya tez qazanan insan, qazana biləcəyini öncədən düşünən insandır. Zəfər arzulanmadığı yerə gəlməz! Chuk Palahniuk deyib: Diş fırcası hamıda var, amma bəziləri fırcalamırlar. Ağıl da belədir. Hamıda var , amma bəziləri istifadə etməyi düşünmür. Yəni yeniyetmə zirvəsi hesab etdiyi hədəfinə çatmaq üçün onu düzgün planlaşdırıb, hərəkət etməlidir.

Hər hansı bir adamın hədəfi varsa, o hədəfinin reallaşması istiqamətində xəyallar qurur. Xəyal arzu edilən gələcəyə yönəlmiş obrazların yaradılması prosesidir. Xəyal insanın fəallığının çox qüvvtəli stimullarından biridir və o, insanın mübarizəsində qarşıya çıxan çətinliklərə üstün gəlməklə insana güc , qüvvə verir.

Hədəf bizim üçün zirvədir. Xəyallar həmin hədəfin beynimizdə kreativ sürətdə canlanmasıdır. Plan isə həmin hədəfin reallaşdırılması üsuludur.

Haşiyəyə çıxım hədəf bizə nə üçün lazımdır? Yaşamağımız üçün, özümüzü həyatda təsdiq etmək üçün , öz sözümüzü demək üçün. Xəyal isə bizə öz mübariməzin sonundakı qalibiyyətimizdən zövq almaq üçün lazımdır. Həmçinin xəyal bizi stimullaşdırır. Bunların reallaşması üçün isə plan qurub hərəkət etmək lazımdır.

Arzu Ələkbərova

Narınc Uşaq Psixologiya Mərkəzi, Gəncə filialı, Psixoloq.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });