Uşaqlarda depressiya

Uşaqlarda depressiya

Depressiya yalnız böyüklərdə deyil, uşaq ve yeniyetmələrdə də yaşanılan qaçılmaz haldır.Gərginlik, narahatlıq, əsəbilik normal haldır, yəni insanın həyatında xoşagəlməz nəsə hadisə başverərsə, sağlam adam bir neçə gün gərgin və əsəbi ola bilər.Lakin bu gərginlik iki həftədən çox davam edərsə,depressiya əlaməti sayılır.

Psixoloqlar qeyd edir ki,adam iki həftədən artıq özünü gərgin olarsa, xoşbəxt hiss etməzsə,bu vəziyyət insanın bütün həyat tərzinə kölgə salarsa, depressiyaya düşmüş sayılır. Depressiyada olan uşaq daimi gərgin , narahat,kədərli,əsəbi,hərşeydən tez yorulur,məktəbə getmək istəmir.özünəinamı azalır,başqalarının ona inanmayacağından qorxub,özünə qapanmağa başlayır.Daha kiçik yaşlı uşaqlarda problem başqa şəkildə görünür. Qarınağrısı, iştahsızlıq,ürəkbulanma,başağrısı,ətrafdakılarla ünsiyyətdən qaçınma şəklində müşahidə olunur.Körpəlik vaxtı depressiyaya düşmüş uşaqlar böyüdükdə də,bu problemlə üzləşirlər.Eyni zamandan yetkinlik dövründə depressiya təhlükəlidir alkoqola,aludəçiliyə,hətta intihara səbəb ola bilər.Əsasən 15 yaşdan sonra qızların depressiyaya düşməsi daha böyük ehtimal sayılır.

Uşaqlarda depressiyanın əsas əlamətləri bunlardır:

Yuxusuzluq,qorxulu yuxular, tək yata bilməmək kimi hallar özünü göstərir
Gərgin,ağlağan,narahat olurlar, fikirlərini toplamaqda əziyyət çəkirlər
Səhv birşey söyləyə biləcəkləri qorxusuyla dərsdə iştirakları azala bilər,dərslərində uğurlu ola bilməyəcəyi narahatlığı ilə dərsə getmək istəməyə bilərlər.
Özünü boşluqda hiss etmək,tez-tez ağlamaq.
Dəyərsizlik duyğusu,başqalarə tərəfindən sevilmədiyindən ya da, az sevildiyindən şikayət etmək.
Ümidsizlik,bədbəxtlik,enerji əksikliyi.
Evdən qaçmaqla bağlı fikirlər və ya təşəbbüslər
Ailə problemlərindən qaçmaq.
Depressiyada olan bir uşaq adi bir bəhanə ilə problem çıxara bilər.İstədiyi birşey üçün təkid etməsi,normal uşağın təkid etməsindən çox fərqlidir.Normal bir uşaq istədiyi birşey üçün bir müddət israr edər,alınmadığında qəbul edə bilər.Depresiyyadakı uşaq isə, məqsədsi hər hansı birşey üçün israr edə bilər.

Uşaqlıq depresiyaları uşağın şəxsiyyət və ictimai inkişafına birbaşa təsir edə bilər.Bu səbəbdən depresiyanın diaqnozu və müalicəsi əhəmiyyət daşıyır.Uşaqlıq depresiyasını təyin etmək və qiymətləndirmək olduca çətindir.Çünki, uşaqların bir çoxu duyğu və düşüncələrini ifadə etməkdə çətinlik çəkirlər.Uşaqlar razı olmadıqda, qorxduqda, özlərini pis hiss etdikdə, ağlayırlar. Böyüklər bu vəziyyətdə ,uşaağı əyləndirərək,diqqətini başqa istiqamətə çəkərək, bu duyğuların keçəcəyini düşünürlər. Məktəb və yoldaş əlaqələrindəki dəyişikliklər qiymətləndirilməli,bu mövzuda müəllimlər ,məktəbdəki rəhbərlik mütəxəssisləri və məktəb rəhbərliyinin dəstəyi alınmalıdır. Bu dövürdə xüsusilə valideynlərin rolu çox əhəmiyyətlidir.Buna görə də, ailələr uşaqlarında nümunə olmalı,yeni düşüncə forması yaradılmasında onlara kömək olmalıdırlar.Çünki,uşaqlar depressiya müddətində ailələrini nümunə olaraq götürə bilirlər.Onların ən çox ehtiyac duyduqları şey sevgidir.

Depressiyanın əlamətləri ilə bağlı valideynlər və müəllimlər uşaqların ruhi vəziyyətləri ilə bağlı məlumat toplamalı, onların davranışı ilə əlaqədar yaxşı bir müşahidəçi olmalı, lazım olduqda uşaqların ruh sağlamlığı ilə məşğul olan bir mütəxəssisə müraciət etməsi lazımdır.Əgət ətrafda mütəxəssis yoxdursa, uşaq psixoloqlarından kömək almaq olar,uşaq psixoloqu ilkin qiymətləndirmə etdikdən sonra valideyni istiqamətləndirəcəkdir.

Muxtarova Gülnaər BDU 4-cü kurs

Fakultə:Sosial Elmlər və Psixologiya

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!