Kiçik yaşlı uşağın psixologiyası-ƏTRAFLI

Kiçik yaşlı uşağın psixologiyası-ƏTRAFLI

Kiçik yaşlı uşağın psixologiyasını öyrənmək hər bir valideyin üçün vacib amildir.
2 – 3 yaşlı uşaq müstəqillik qazanmış , fərqli yerlərə(bağça kimi) artıq ayaq açmışdır.
Yeməyini özü yeyir,bəzi geymlərini özü geyinib soyuna bilir.
Sevdiyi adamı və əşyalarını heç kimlə paylaşmaq istəməz.
Nə qədər müstəqil yaşamaq istəsə də asanlıqla yaxınlarından ayrılmaq istəməz.
Bu da sadəcə olaraq yeniyetməlik sindromu kimidir.
Öz-özünə oyun oynamaq istəyər, bu zaman fikri ancaq oyuncaqlarına yönlənmiş olur.
Ətrafındakı uşaqlara çox az vaxt ayırıb onlarla oynayar.
İnsanlar onun üçün maraqlı deyildir, amma yaxınında olmaqları da son dərəcə önəmlidir.
Sevincini və həyəcanını bir an içərisində bəyan edər.
Bununla bərabər hirsini də şıltaqlığını da əksik etməz.
İnadçıdırlar.
Her şeyə qarşı gəlirlər, durmadan dincəmədən “xeyir” deyirlər.
Valideyinləri bu vaxta qədər intizamlı olan bu uşaqlarla artıq nəzarət edə bilmədiklərini hiss edirlər.
Ən şıltaq dövürləridir bu dövürlər və onlar heç bir qayda-qanuna əməl etmək istəmirlər.
Sevdikləri daima yanında olmalı, istəkləri isə əsla gecikdirilməməlidir.
Əgər gecikdirmiş olarsa böyük bir səs -küy yaradarlar.
2-3 yaş dövrü uşaqlar üçün başqa, valideyinlər üçün isə ayrı bir qaygı mərkəzi yaranır.
Bu uşaqlar 2-3 yaşlarına qədər ata -ana, nənə babalarını və digər insanları da ətraflarında görürdülər.
Bu insanlara qarşı onlarda sədaqət, bağlılıq yaransada, bəzilərinə qarşı isə ögeylik münasibətində olurlar.
2 yaşından sonra bağçaya getmək, ya da daha çox sosiallaşması üçün parka götürülən uşaq sosiallaşmanın ilk addımlarını atır.
Bu dövürdə uşaqların tez-tez qarşılaşdığı problemlər isə ayrılma qayğsıdır.
Dünyanın öz ətrafında olan sevdiklərindən ibarət olduğunu izah edən uşaqlar ətraf aləmə açılmağa olduqca zorlanırlar.
Ailə içində çox sevilir, bir dediyi iki edilmir, hələ də hər kəs onun ətrafında dolanırsa və elə də yaxınları onun ətrafında dolanırsa uşağın keyfinə dəyməyin.
Nə üçün o alışmadığı qayda-qanuna əməl etməlidir? Nədən o alışmadığı qayda-qanunlarla dolu olan bağçada fəaliyyətə başlasın? Tanımadığı uşaqlarla oynamaq zorunda qalsın ki!
Yeməkləri televizor qarşısında oturub yeməli olduğu halda, niyə bağçada uşaqlarla bərabər yesin?
Evdən və yaxınlarından ayrılmaq istəməzlər.
Başqa mühitdə və başqa insanlarla münasibət qura bilməzlər və davamlı ağlaya bilərlər.
“Qucağına al “sindiromu (Kiçik yaşlı uşağın psixologiyası)
Evdə hər yeri qurcalayan, qarışdıran, sanki bir motor taxmış kimi ora-buraya qaçan uşaq bayıra çıxan kimi “ana məni qucağına al” deyə mızıldanıb ağlamağa başlayır.
Bütün şirinliyi ilə, məsumluğuyla sizə sarılırlar.
Bu vəziyyət uşağın özünü ətraf aləmin bir çox təhlükələrindən, bir çox insanlardan qorunma çabasıdır.
Ana qucağına aldığında, qorunmuş olacaqlarını və hər növ zorluqların qarşısını ala biləcək deyə düşünürlər.
Daha qapıdan çıxmadan ayaqlarına sarılmağa başlayırlar.
Buna “məni qucağına al sindiromu” deyirlər.
Üstəlik keyiflidir də!
Kim istəməz ki, xarci aləmin təhlükələrindən qorunmağı.
Həm də alışmadıqları qarmaqarışıq həyatdan qorunmağı.
Onlara görə bəlkə də haqlıdırlar və bunun da keyfini çıxartmaq üçün əllərindən gələni əsirgəmirlər.
özlərini yerə atmaq ən vacib metodlardan biridir. Diqqət çəkici bir şəkildə bağırmaq da olduqça təsirlidir! Amma ən gözəli, çəkişdirərək ata ananı usandırmaqdır və uşaqlar bu mövzuda olduqca başarıqlıdırlar.
Yanlış zamanda rədd etmək özünə güvəni sarsıda bilər! (Kiçik yaşlı uşağın psixologiyası)
Uşaqlar bayırda və yaxud qonaqlıqda olanda tamamən başqalaşırlar.
Heç olmadıqları qədər hərəkətli olurlar , yaxud da əksinə onlardan ilgi gözləyirlər .
Bəzən analar şikayətlənirlər də.
Neçə dəfə paltar asdım çəkdi dağıtdı.
Heç sözə qulaq asmır və s. kimi ifadələr işlədirlər.
Uşaq sizə bağırır.
Nədən bunu tərs başa düşürük.
Onları başa düşə bilmirik.
Dünyaya onların gözü ilə baxa bilmirik.
Bu dövrdəki uşaqların inadçılığı nə qədər ön planda olsa da, uşaqlar toxunulmağa və qorunmağa ehtiyac duyurlar.
Bu çox təbii bir istəkdir və hər uşaqda müşahidə edilər.
Uşaq qucağa alınmaq istədiyində, çox vaxt ana ataların bunu rədd etdiyini, getməsi lazım olduğunu, bəzən də qışqırdığını görürik.
Bu rədd edişi onları sakitləşdirməz və istəklərindən vaz keçirtməz.
Bu istə təbiidir və yerinə yetirilməsi də təbii və önəmlidir.
Rədd edilən uşaq: qorxaq, etibarı olmayan, ana atadan davamlı ayrılma qorxusu ilə yaşamağa başlayar.
Özünü müdafiəsiz və dəyərsiz hiss edər.
Qucağa alınan uşaq isə özünü güvəndə hiss edəcəkdir.
Ananın sevgisini hiss edərək ürkəkliyi azalacaqdır.
Ancaq burada diqqətə alınması önəmli nöqtə isə uşağın ehtiyaç duyaraq ata ananı qandırmaq və yaxud da istədiklərini yerinə yetirmə çabasını ayırd etmək lazımdır.
Bəzən qucağa alma çabasından da valideyin uşağı vaz keçirdə bilər.
Kiçik yaşlı uşağın psixologiyası ilə əlaqədar valideyinlərə tövsiyyələr
Qarşı alınmaz bir gerçək vardır ki, nə edilirsə edilsin bu dövrdə bəzi problemlər qarşımıza çıxacaq.
Əhəmiyyətli olan bunlarla necə başa çıxacağımızı bilməkdir.
Yanlış davranışlarla əgər bu dövrü pis atlatırsaq, bu dəfə də davranış problemləriylə məşğul olmaq məcburiyyətində qala bilərik. Alış veriş mərkəzində, küçədə ya da yoldaşınızın evində qucağınızdan enmək istəməyən uşağınızla əvvəl bir razılaşma edin: “Yaxşı qucağıma alıram amma yorulanda istirahət etmək lazım olacaq razılaşdıq mı?
Çünki artıq böyüyürsən və ağırlaşırsan.
Belim ağrıyar və xəstələnə bilərəm “deyilə bilər.
Bəzən əlinə kiçik bir paket verib, böyük bir vəzifə edirmiş havası yarada bilərsiniz.
Bunlar onsuz da müəyyən müddət ərzində düzənə salınacaqdır.
Bu şəkildə uşağın sizə istədiklərini etdirmə təzyiqi da ortadan qalxmış olacaqdır.
Bağırmaq, xeyir demək heç işə yaramayacaqdır.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });