Uşaqlar sevgi istər...

Uşaqlar sevgi istər…

Uşaqlar nə istəyir? Bir çox ana və ata əslində bu sualın cavabını axtarır.”Hər istədiyini edirik,hər şeyimizi ona uyğunlaşdırırıq amma hələ də bu uşağı xoşbəxt edə bilmirik” deyirlər və ”uşaqlar nə istəyir?” sualının cavabını tapa bilmirlər

Uşaqlar fərd olduqlarının fərqinə varılmasını istər.Onların da duyğu və düşüncələrinin olduğunu,ehtiyaclarının sadəcə yemək,yuxu və s. bu kimi şeylər deyil, həmçinin duyğusal zəmində də olduğunun fərqinə varılmasını istəyirlər.Bizlər üçün isə bir uşağın əsas ehtiyacı yemək yeməsi,yatmasıdır.Əlimizdə boşqab və qaşıq arxasından qaçarıq,kiçicik mədəsi olan uşağa böyük boşqabda yemək qoyar və onu bitirməsini gözləyərik.Bitirməyincə də əsəbiləşərik.Bizim müəyyənləşdirdiyimiz saatda yatmasını və oyanmasını istəyərik.Bizim heç bitməyən və təcili olan işlərimiz vardır.Uşaqlarımız “oyun oynayaq” dediyində “bütün gün məktəbdə,həyətdə oynadın.bezmədin?” deyərik.Ona ardı arxası gəlməyən qaydalar qoyarıq və sonsuz itaət gözləyərik.Qaydalara uymadığı zaman dərhal cəza verərik amma doğru davranışlarında mükafat verərkən iki dəfə düşünərik.

Uşaqlar da böyüklər kimi özünü ifadə etmək istəyərlər.Ünsiyyət iki tərəfli olduğu zaman məqsədinə çatmaqda və insanların bir-birlərini anlamalarına və ifadə etmələrinə kömək etməkdədir.Uşaqlarımızın da bizimlə əlaqəli düşüncə və davranışlarına önəm verdiyimiz təqdirdə,onları anlaya biləcək və düşüncələrimizi onlara başa sala biləcəyik.

Uşaqlarımıza sevgimizi göstərmənin yolları:

1.Sevgi,uşaqlar üçün onunla birbaşa ünsiyyət qurmaq deməkdir.

2.Uşaqla olan ünsiyyətdə göz təması çox önəmlidir.Bu,uşağa “səni dinləyirəm” mesajı verir.

3.Göz təması qədər önəmli olan ona toxunaraq ünsiyyət qurmaqdır.Uşağinizi qucaqlamağı,öpməyi,saçını sığallamağı unutmayın.

4.Onunla birlikdə etdiyiniz fəaliyyətlər sevginizi göstərmənin ən asan yoludur.Nə etdiyinizin o qədər də önəmi yoxdur,amma birlikdə etməyinizin çox böyük önəmi var.

5.Sizdən bir şey istədiyində ilk sözünüz “yox” olmasın.Bu növ yanaşma onu dinləmədiyinizi göstərir.

6.Uşaqlar şərtsiz sevilmək istəyər.Mənfi və müsbət bütün xüsusiyyətləri ilə sevildiyini hiss etdirin.

7.Uşağınızın akademik müvəffəqiyyətivə məktəbdəki fənn qiymətləri uşağınızdan daha önəmli olmamalıdır.Onu nə qədər sevdiyinizi xüsusilə “uğursuz” olduğunu düşündüyü zamanlarda göstərin.

8.Neçə uşağınız olursa olsun, hər biri ilə ayrı-ayrı zaman keçirin və birlikdə bir şeylər etməyə cəhd göstərin.Hər uşaq özəl olduğunu bilmək istəyər.

9.Heç bir şey edə bilmədiyinizi düşünsəniz də.tez-tez onu sevdiyinizi söyləyin.Bütün uşaqlar bunu eşitməkdən xoşbəxt olur.

10.Uşağınızı başqa uşaqlarla müqayisə etməyin.Sizin uşağınız başqalarından,hətta sizdən belə fərqli bir fərddir.Sizin kopyanız deyildir.

Bu siyahı çox uzana bilər.Siyahıda diqqət çəkən bir nöqtə var ki,əslində uşaqların ana və atalarından istədikləri şeylərin hər birini bizlər də öz ana və atamızdan,həyat yoldaşımızdan.dostumuzdan istəyirik.O halda,əslində uşaqlar çox da bir şey istəmirlər bizdən.Uşaqlar sadəcə sevgi istəyirlər bizlərdən…

Mənbə :cocukcabaskent.com

cosmoturk.com

hurriyetaile.com

Tərcümə etdi: Ülfət Abbaszadə

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });