Körpələrin 12 aylıq gün rejimi

Körpələrin 12 aylıq gün rejimi

1-ci ay
Dünyaya gəldiyi ilk ay uşaqlar gün ərzində 21 saat yuxuda olurlar. Onlar yuxudan yalnız öz fiziki təlabatlarını ödəmək üçün dururlar. Bu ay uşağı gün ərzində 7-8 dəfə yedizdirmək lazimdir. Əvvəllər uşaqlar üçün xüsusi qida rejimi var idi ki, uşağı 3 saatdan bir yedizdirmək lazımdır. Amma artıq bu rejimə çox əməl etmirlər. Analara məsləhət görülür ki uşaq nə vaxt acsa qidalandırın, lakin çalişmaq lazımdır ki, minimum 2 saatliq intervala tabe olasınız. Uşaqları açıq havaya xəstəxanadan gəldikdə sonrakı ikinci həftə çıxara bilərsiniz. Gəzinti mülayim havada 10-15 deq ola bilər. Gün ərzində isə otağın temperaturu 22 dərəcədə paltarını dəyişəndə imkan vermək lazımdır ki 1-2 deqiqə bədəni hava alsın

2-ci ay
Bu ayda uşaq 18 saat yatır. Qida rejimi eyni qalır. Ancaq uşağın yuxu rejimində müəyyən dəyişiklik gedir. O gecə 8-10 saat yatır və həmin müddət ərzində 2-3 dəfə yemək yemək üçün ayılır. Uşaq gecə ərzində bunnan artıq oyanarsa onu yedizdirmək vacib deyil onun başqa narahatçılığı ola bilər. Havada olması isə 1 saata kimi uzadıla bilər

3-cü ay
Bu ayda artiq uşağın xüsusi gün rejimi olur səhər tezdən durur, yemək yeyir bir müddət öz-özüylə oynayır sora yatır. Bu proses gün ərzində davam edir. Ikinci naharından sora uşaq vaxtının çoxunu oyuna ayırır. Bundan sorakı yuxu, yəni ikinci yuxu daha uzunmüddətli olur. Günün ikinci yarısı usaq daha çox hərəkətli olur ona görə də yorulur və axşam rahat yatir. Gecə ərzində o iki dəfə dura bilər,lakin bu gecə yeməklərini tərgizmək lazımdır. Bu rejimə öyrətmək üçün çalışmaq lazımdır ki hər şeyi eyni vaxtda edəsən.

4-cü ay
Uşaq artıq gündəlik rejimə uyğunlasır. Gecə 1-2 dəfə qalxa bilər. Gecə qalxmamasını isdəyirsinizsə yatmazdan qabaxki qidasını artıq verməkdən çəkinməyin. Əgər usaq yeməmiş yatırsa onu əzizləyərək qaldırın yedizdirin

5-ci ay
Bu ayda qida intervalla olmalidir,interval hər 4 saatdan bir hesablanır. Adətən 5 dəfə olur. Gündüz uşaq 3 dəfə yatır, gecə yuxusu 10-11 saat olmalıdır. Gün ərjində uşağı masaj etmək məsləhət görülür. Bunu adətən günün ikinci yarısı eləsəniz daha uyğun olar

6-cı ay
Qida rejimi hər 4 saatdan bir, gün ərzində 5-6 dəfə olur. Gündüz uşaq 2 dəfə yatacaq. Ümumi yuxu vaxtı günorta 3-3,5 saat, gecə isə 10-11 saat təşkil etməlidir

7-12 AYLIĞINA KİMİ UŞAĞIN GÜNDƏLİK REJİMİ BELƏ OLMALIDIR

7:00 uşaq oyanır və yemək isdəyir
7:30-9:00 uşaq oynamalıdır
9:00-10:30 səhər gəzintisi
10:30 ikinci səhər yeməyi
11:00-13:00 birinci yuxu
13:0-13:30 yuxudan sonrakı yemək
13:30-15-30 masaj, gimnastika və ya oyun
15:30-16:00 gün arası yemək
16:00-17:30 ikinci yuxu
17:30-19:30 oyun
19:30-20:00 yuyunmaq
20:00-20:30 yuxudan əvvəlki yemək, şam
20:30-7:00 yuxu
Bu rejimi götürüb öz övladınıza uyğunlaşdıra bilərsiniz.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!