tDCS aparatı və autizmdə rolu

tDCS aparatı və autizmdə rolu

Dövrümüzdə müxtəlif terapiya üsulları vardır. Bunlardan biridə aparatlarla olan terapia üsullarıdır.
Aparatların növləri çoxdur. Biz isə tDCS aparatı haqqında bəhs edəcəyik. tDCS neyropsixiatriyada
terapevtik məqsəd üçün istifadə edilən neyromodulyasiya üsullarından biridir. Mikrostimulyasiya
terapiyası kimidə tanınır.

tDCS (transkranial cərəyan stimulyasiyası) tətbiq edən zaman kiçik bir əl cihazı ilə beynin
plastikliyini təşviq edir və artiririq. Bunun üçün beynin müəyyən bölgələrinə çox zəif elektrik cərəyanı
verilir. Cərəyan beynin müəyyən bölgələrinə uyğun olaraq başın üzərinə yerləşdirilən 2 süngərə
birləşdirilmiş elektrodlar vasitəsilə çatdırılır. tDCS ilə iki növ stimullaşdırma mövcuddur: anodal və
katodal stimullaşdirma. Anodal stimulyasiya neyronların fəaliyyətini aktivləşdirir, katodal stimulyasiya
neyronların fəaliyyətini passivləşdirir və ya bloklayır.

tDCS bir çox nevroloji və psixiatrik pozğunluqların müalicəsində istifadə olunur.

Bunlardan: yuxupozğunluğu, şizofreniya,diqqət əksikliyi, hiperaktivlik, tiklər, obsesiv kompulisiv
pozğunluqlar, miqren, autizm, depressiya, serebral iflic, əqli gerilik, nitq ləngiməsi, insultdan sonrakı
reabilitasiya (yaşlı xəstələr, orqan çatışmaxlığı olanlar, dərman müalicəsinin qarşısını alan tibbi
vəziyyət olduqda qeyri derman müalicəsi kimi), maddə aslılığı, kəskin və xroniki ağrı və s. İstifadə
olunur.

Günümüzün aktual problemlerindən olan autizmin müalicəsində də tDCS aparatından istifadə
edilir. Autizmin bir çox əlamətləri var. tDCS aparatı bəzi əlamətləri korreksiya etməyə kömək edir.
Bunlara anlama çətinliyi, diqqət çatışmamazlığı, nitq ləngiməsi, ünsiyyət çətinliyi və.s. aid etmek olar.
Seanslar psixoloji seanslarla paralel aparildığından,psixoloji seanslarin effektivliyini artırır və tez
zamanda uğurlu nəticə əldə etməyə zəmin yaradir.

Müsbət təsirləri

Qərar vermə, problem həll etmə,öyrənmə və dil bacarıqlarına müsbət təsir göstərir. Bu təsirlər tək
seans tətbiqi ilə qisa müddətli olsa da, seanslarin sayı artdıqca daha təsirli və uzun müddətli olur. Bir
çox tədqiqatlarda xüsusilə depressiyanın müalicəsində köməkçi terapiya kimi böyük rol oynayır.

Müalicə müddəti və ola biləcək yan təsirlər.

tDCS dünyanın müxtəlif ölkələrində minlərlə insana tətbiq edilmişdir. Heç bir zərərli yan təsiri
yoxdur. Bir çox insan tətbiq zamanı yüngül qaşinma kimi narahatlıq hiss etdiklərini bildiriblər. Lakin
adətən 3-4 seans sonra tədricən aradan qalxır. Bu ağrılı bir tətbiq deyil. Hər bir seans 25 dəqiqə çəkir.
Seanslar fərdi və ya psixoloji seanslarla paralel aparılır. 1 kurs terapiya 20 seansdan ibarətdir.
Terapiya kursunun sayı pasientin fərdi vəziyyətinə görə dəyişə bilər.

Narınc Psixologiya Mərkəzinin
Sumqayit flialının TDCS üzrə mütəxəssisi
Haqverdiyeva Samirə

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!