Neurofeedback aparatı və onun faydaları

Neurofeedback – insanın öz beyin dalğalarının dəyişdirilməsinə kömək edən bir öyrənmə yoludur. 1970-ci illərin əvvəlində ABŞ-da yaranmış, elmi sübuta əsaslanan müalicə üsuludur.

Neurofeedback biofeedbackin bir növüdür. Biofeedback, müəyyən bədən funksiyalarını bilməklə onları idarə  və manipulyasiya etməyin  mümkünlüyü nəticəsində yaranmışdır.

Fizioloji fəaliyyəti ; ürək döyüntüsü, tənəffüs, əzələ fəaliyyəti və ya dərinin temperaturunu ölçən alətlərdən istifadə etməklə, insan  sürətli və dəqiq məlumat əldə edə bilirlər. Belə monitorinq sistemlərinin istifadəsi ,fizioloji funksiyaların təhlilinə imkan verir və öz növbəsində düşüncə, emosiyalar və davranış dəyişiklikləri (və adekvat öyrənmə) ilə yanaşı, bu funksiyaları manipulyasiya etməyə imkan verir.

Biofeedback, ürək , tənəffüs və ya əzələ tonusu kimi avtonom sinir sistemi ilə əlaqəli proseslərə geniş şəkildə tətbiq olunur. Biofeedback bu prosesləri idarə etmək, həmçinin sağlamlıq və fiziki performansı yaxşılaşdırmaq üçün istifadə edilə bilər. Zaman keçdikcə bu dəyişikliklər monitorinq alətlərinin daimi istifadəsi olmadan da uzunmüddətli, davamlı ola bilər.

EEG biofeedback kimi də tanınan Neurofeedback, beyin dalğalarını izləmək üçün elektroensefaloqramdan (EEG) istifadə edərək, beyin funksiyalarının özünü tənzimləməyi öyrənmək üçün əks əlaqə kimi istifadə edilə bilən bir siqnal yaradır. Stress, əsəb, yuxusuzluq, depressiya, yaddaş zəifliyi, başda miqren, maddə asılılığı zamanı, autizm sindromu, davranış pozuntusu, panik atak, həyacan-təşviş kimi problemlərin aradan qaldırılmasında istifadə edilir və faydası görünür.

 Neyrofeedback ilə beynin elektrik fəaliyyəti təlimə məruz qalır və xəstənin simptomları yox olana qədər dəyişir. Müəyyən psixiki şikayətlərlə, beynin dalğa fəaliyyətinin vəziyyətinin şəkli EEG (elektroensefaloqrafiya) köməyi ilə görünə bilər və məşq proqramının əsasını təşkil edir.

İnsan beynində baş verən elektrik cərəyanları qeydə alınır və ekranda göstərilir. Xəstə monitorda beyninin reaksiyalarının görüntüsünü görür. Beynini idarə etməyi, fəaliyyətini azaltmağı və ya artırmağı öyrənir. Beləliklə, xəstə beyninin funksiyalarını idarə etməyi öyrənir. Bu proses davamlı olaraq izlənilir və simptomlar dəyişdikcə proqram dəyişdirilir. Terapiyanın ilk nəticələrini 8-10 seansdan sonra görmək olar. Yuxu pozğunluğu kimi şikayətlər 10-15 seansda, neurofeedback ilə müalicə edilə bilər. DEHB (Diqqət Çatışmazlığı Hiperaktivlik Bozukluğu) və ya depressiya kimi digər pozğunluqlar , vəziyyətin şiddətindən asılı olaraq daha çox seans tələb edir. Metod qeyri-invazivdir. Dərman ehtiyacını azalda və ya tamamilə aradan qaldıra bilər.

  • Əgər dərman sizin üçün əks göstərişdirsə, bu üsul alternativ müalicə variantı ola bilər.
  • Dərman müalicəsi yaxşı nəticə vermədikdə bu terapiyadan alternativ vasitə kimi istifafə etmək olar.
  • Hamiləlik dövründə dərman müalicəsinə əks göstəriş olduğu halda bu terapiyadan rahat istifadə etmək olar.
  • Neurofeedback terapiyasının heç bir əks təsiri yoxdur, 4-5 yaşdan yuxarı uşaqlar istifadə edə bilər.

Psixosomatik ağrılar  üçün Neurofeedback Terapiyası

Ağrı hissi, emosional və koqnitiv amillərin təsiri altına düşə bilən subyektiv bir hissdir. Xroniki ağrı ümumi beyin funksiyasına geniş təsir göstərə bilər və həm koqnitiv , həm də psixoloji amillər ağrının inkişafında və idarə olunmasında əsas rol oynayır.

Uzun müddətli ağrıları olan xəstələr tez-tez beynin kortikal bölgələri ilə əlaqəli struktur və emosional pozğunluqları nümayiş etdirirlər ki, bunlar yalnız ağrının özü ilə deyil, həm də tez-tez xroniki ağrı ilə birlikdə inkişaf edən bir çox xəstəliklərlə əlaqələndirilir: depressiya, narahatlıq və yuxu pozğunluğu.

Xroniki ağrıları olan xəstələr uzunmüddətli farmakoloji müalicə tələb edə bilər; bu, əsasən analgetiklərin sonrakı istifadəsi ilə tez-tez baş verən arzuolunmaz yan təsirlərə görə bir sıra çatışmazlıqlara səbəb olur. Qeyri-farmokoloji yanaşmalar da daxil olmaqla, daha yaxşı ağrı idarəetmə variantları üçün davamlı axtarış aparılır.

Onilliklər ərzində məlumdur ki, adekvat təlimlə beyin dalğalarını idarə etmək olar. İntellektual fəaliyyət beynin bioelektrik fəaliyyətində dalğalanmalara səbəb olur ki, bu da neyrofizioloji dəyişikliklərə səbəb ola bilər. Beynin müxtəlif bölgələrinin bioelektrik fəaliyyəti ilə onunla əlaqəli idrak, emosional, davranış və hətta patoloji proseslər arasındakı əlaqəni başa düşməklə, neyrofeedback bu spesifik proseslərin modifikasiyasına imkan verə bilər.

Son illərdə Neurofeedback potensial olaraq uğurlu seçim kimi qiymətləndirilir və bu metodun effektivliyi ilə bağlı geniş elmi araşdırmalar davam etdirilir.

N.U.P.M. 9-cu mkr. filialı NFB mütəxəssisi
Aydınova Günay Mahir qızı

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });