Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Azərbaycanda ilk dəfə keçiriləcək V Avrasiya Pozitiv Psixologiya Konqresinə Psixologiya Elmi-Tədqiqat İnstitutu ev sahibliyi edəcək.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri PhD Elnur Rüstəmov, Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və İnkişaf şöbəsinin kiçik elmi işçisi, Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, klinik psixoloq Narınc Rüstəmova və Avrasya Pozitif Psikoloji Kongresinin rəhbəri Prof. Tayfun Doğan arasında 2023-cü il 5.Avrasya Pozitif Psixoloji Kongresinin Azərbaycanda- Psixologiya Elmi-Tədqiqat İnstitutunda keçirilməsilə bağlı memarandum imzalanmışdır.

Qeyd edək ki, 17-19 sentyabr 2022-ci il tarixində qardaş Türkiyə Respublikasının Biruni Üniversitesində keçirilən IV Avrasya Pozitif Psixoloji Kongresində Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, PhD Elnur Rüstəmov “Olumlu Düşünmenin Öğrencilerin Yaşamlarına Etkisi” mövzusunda və Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və İnkişaf şöbəsinin kiçik elmi işçisi, Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, klinik psixoloq Narınc Rüstəmova “Evlilik ve Paranın mutluluğa nasıl etkisi var?!” mövzusunda araşdırma ilə çıxış ediblər.

Hər zaman olduğu kimi bu dəfə də bir ilkə imza ataraq ölkəmizdə ilk dəfə keçiriləcək konqresin ev sahibliyini edəcək.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!