Qazimiz Paşazadə Vüsalın və qızının terapiyasını Narınc Rüstəmova öz üzərinə götürdü

Vətən müharibəsi iştirakçısı, Xüsusi təyinatlı qüvvələrin kəşfiyyat bölüyündə xidmət göstərən qazimiz Paşazada Vüsal özü və balası Zeynəb üçün üzünü bizə tutdu. Vüsal qardaşımız həm vətən müharibəsində, həm də aprel döyüşlərində iştirak etmişdir. Lələtəpə uğrunda gedən döyüşlərdə ağır yaralanmışdır. Döyüşlərdə göstərdiyi igidliyə görə “Ordunun 100 illiyi” və “Fədai” medalları ilə mükafatlandırılmış qazimiz Vüsal Paşazadə öz balasını ancaq Narınc xanıma əmanət etdi. O, bu döyüşlər zamanı böyük travmalar alıb, onların nəticəsində hal-hazırda ciddi problemləri vardır. Panik atakdan əziyyət çəkir. Onunla bərabər əsəb stressi çoxdur. Eyni zamanda qızımız Zeynəb 3 yaşı olmasına baxmayaraq danışmır, nitq inkişafı yaşından geri qalır. Balamızda autizm əlamətləri müşahidə olunur.

Qazimiz Vüsal və qızı Zeynəb artıq 15 gündür ki, terapiyaya başlayıb. İnşallah həm atamızla həm də balamızla terapiyalarımızı uğurla davam edib nə lazımdırsa hər ikisi üçün edəcəyik. Bu bizim borcumuzdur. Allahdan Şəhidlərimizə Rəhmət, Qazilərimizə Şəfa diləyirik.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });