Diqqət əskikliyinin yaratdığı problemlər və həlli

Övladımda diqqət əskikliyi var. Nə edə bilərəm?

Diqqət əskikliyi müşahidə olunan uşaqların həyat tərzlərində, gündəlik fəaliyyətlərində xaos və qarışıqlığa tez-tez rast gəlinir. Belə ki, misal olaraq,  belə uşaqlar unutqanlıq yaşayırlar, hövsələsiz olurlar, şəxsi əşyalarına qarşı məsuliyyətsizlik nümayiş etdirirlər, dağınıq olurlar. Məsələn: qələmləri çox zaman qələmqabında olmur, çantalarının içərisində dağınıq şəkildə olur, digər tərəfdən çantaları səliqəsiz olur. Hətta, bəzən belə övladı olan valideynlər tədris ili ərzində dəfələrlə övladına yeni məktəbli çantası almalı olurlar. Belə uşaqlar şəxsi gigiyenalarına da o tərzdə yanaşırlar. Belə ki, bu uşaqların paltarlarında, köynəklərində və s. tez-tez ləkələr görmək mümkündür. Diqqət əskikliyi sindromu olan uşaqların oyun otağında da bunu müşahidə etmək olar. Onlarda oyunlara, oyuncaqlara qarşı marağın qısa müddətli olması, əşyalara, oyuncaqlara qarşı səliqəsiz davranmaları, hətta bəzən onları sökməsi və digər hallar özünü göstərir. Qeyd etmək lazımdır ki, yüksək dərəcədə diqqət əskikliyi müşahidə edilən uşaqlarda nitqin inkişafı ləngiyir, qavrama və təfəkkürdə pozğunluqlar, o cümlədən, əqli və nitqi qüsurlar meydana çıxa bilər. Belə bir halda isə valideynlərin mütəxəssis dəstəyi alması mütləqdir. Diqqət əskikliyi sindromu vaxtında həll olunmazsa belə uşaqlarda gələcək həyatları  üçün özgüvən əskikliyi, məsuliyyətsizlik kimi problemləri də bərabərində gətirəcək və bu problemlərin gələcəkdə, uşaqların müəyyən yaşa çatdıqdan sonra həll edilməsi çətinliklər yaradacaq. Digər xarakterik əlamətləri ondan ibarətdir ki, beyinləri eyni zamanda bir neçə hissəyə bölünür və bir neçə nöqtəyə yönəlir. Yəni, eyni anda bir neçə şeyi düşünməyə başlayırlar: həm ev haqqında düşünür, həm müəllimi dinləyir, həm də sinifdə baş verən hansısa prosesi izləyir. Bu zaman da, təbiidir ki, diqqətini cəmləmə problemi ilə üzləşir və bunun da nəticəsində onların diqqətini tam şəkildə dərsə, müəllimə verə bilməməsinə, nəhayətində keçilən mövzunu mənimsəməməsinə gətirib çıxarır. Problem həmin uşaqların ibtidai sinfi bitirib, artıq daha yuxarı sinfə keçid etməsi ilə daha da genişmiqyaslı hal ala bilir. Bunun da özünəməxsus səbəbləri var:

  1. Uşaqların dərs yükü ibtidai siniflə müqayisədə çoxalır, fənlərin sayı artdığı kimi təbii olaraq fənləri tədris edən müəllimlərin sayı da çoxalır və diqqət əskikliyi olan şagird bu fənləri oxumaqda, tapşırıqları yerinə yetirməkdə çətinliklər yaşayır;
  2. 9 yaşından sonra artıq cinsi yetişkənlik yaşı başlayır. Bu halda uşaqlar yeniyetməlik abu-havasına girir. Bu da onların təhsildən, dərsdən yayınmasında müəyyən rol oynayır.

Bu zaman valideynlərdə belə bir sual yaranır: bu sindromun və onun səbəb olduğu problemlərin həlli nədir? Oksigen çatışmazlığı, nəfəsalma və bu kimi problemlər varsa ilk öncə ixtisaslaşmış mütəxəssis köməyi vacib şərtdir. Paralel olaraq diqqət gimnastikası edilməlidir və eyni zamanda diqqət əskikliyinə səbəb olan digər problemlər varsa aşkarlanmalı və psixoloqa yönləndirilməlidir.

Bu uşaqlarla işləyərkən ən böyük nüanslardan biri səbirli olmaqdır. Bu sindrom müşahidə edilən uşaqlara cümləni lakonik şəkildə ifadə etmək lazımdır. Yəni bir komanda bitdikdən sonra onlara növbəti komandaları vermək lazımdır.  Belə qısa komandaları düzgün yerinə yetirmək, həm də uşaqlarda özgüvən əskikliyini də aradan qaldırmağa başlayır. Bu proseslərin bir müsbət tərəfi də ondan ibarətdir ki, onların ardıcıl və eyni şəkildə icra edilməsi diqqət əskikliyi olan uşaqların bioloji saatlarının formalaşmasında əsaslı rol oynayır. Bu şəkildə xırda tapşırıqlarla və paralel olaraq psixoloq dəstəyi almalı, doğru yanaşaraq onlarda zamanla özgüvən formalaşdıraraq diqqət əskikliyi sindromunu aradan qaldırmaq mümkündür.

Amerika Beynəlxalq Nevrorequlyasiya və Tədqiqatlar Dərnəyinin rəsmi təmsilçəsi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi klinik psixoloq Narınc Rüstəmova

https://www.youtube.com/watch?v=O7GSdOujQ2Q&t=3s

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });