Səmədov Nəsib Əli oğlunun 9 yaşı var, Gədəbəy rayonunda yaşayır. O məktəblidir və 4-cü sinif şagirdidir. Ancaq hərf tanımır, eyni zamanda yazı yaza bilmir, oxuya bilmir. Bundan başqa daxili aqressiyası, əsəbiliyi, yalan danışmağı, səbirsizliyi, enurezi(altını islatma) də var. Evdə bacısı ilə mütəmadi dalaşır, hətta bir neçə dəfə də ona şiddət göstərib. Davranış pozuntuları, bəzi xoş olmayan vərdişləri var. Belə ki, məktəb kitablarına zərər verir, dəftərlərini cırır. Hətta məktəbdə də sinifyoldaşları ilə münasibəti gərgin olur, onlarla dalaşır və aqressiv reaksiyalar verir. Bəzən özbaşına, valideynlərinə heç bir şey demədən evdən çıxıb gedir.
Nəsib balamızın bu problemlərinə görə çarəsiz vəziyyətdə qalan anası, Səmədova Aytəkin Qardaşxan qızı Narınc Psixologiya Mərkəzinə müraciət edib.O, bildirib ki, Nəsib 9 yaşında olsa da, özünü 3 yaşında uşaq kimi aparır, zəka geriliyi var. Bütün bunlardan çox narahat olan Aytəkin xanım, övladının problemlərindən çıxış yolunun tapılması üçün bizlərə müraciət edib. Biz də öz növbəmizdə Nəsib balamızın tezliklə sağlamlığına qovuşması və zəka yaşının normal səviyyəyə, öz yaşına qalxması üçün əlimizdən gələnləri edib, uğurlu nəticələri bölüşəcəyik!