Uşaqlarda dırnaq yemək vərdişi

“Uşaqlarda dırnaq yemək vərdişi”

Valideynləri narahat edən məsələlərdən biri də kiçik yaşlarda uşaqların dırnaqlarını yeməsi, barmaqlarını sorması və ya saçını yeməsidir. Onu da bildirmək lazımdır ki, belə problemlərə nəyinki kiçik yaşlı uşaqlarda, hətta yeniyetmələrdə də rast gəlinir. Bu səbəbdən də mütəmadi olaraq psixoloqlara suallar ünvanlanır: “Övladımın 10 yaşı var, dırnaqlarını yediyini müşahidə edirəm. Bu onun üçün zərərlidir. Necə edə bilərəm ki, o bu vərdişini unutsun?

İlk öncə onu vurğulamaq lazımdır ki, “oral vərdişlər” dediyimiz- dodaqlarını yemə, dırnaq yemək, barmaq sormaq, bəzi uşaqlarda qələm başı dişləmə, yemə və s. vərdişləri olan insanlar stressini, daxili gərginliyini bu şəkildə ifadə edirlər. Gələcəkdə isə, bir çox hallarda bunlar içki içmək, aqressiv davranmaq, siqaret çəkmək və s. kimi xoş olmayan vərdişlərlə əvəz edilə bilər. Ona görə də, uşaqlarda bu kimi vərdişlər varsa valideynlər onu gözardı etməməlidir, əks halda istər fiziki sağlamlığına, istərsə də psixoloji sağlamlığına mənfi təsir göstərəcəkdir. Bəzən valideynlər bu vərdişləri uşaqlara unutdurmaq üçün yalnış bir yol seçib onları cəzalandırır, hətta bəzən əlinə və ya ağzına da vururlar. Ancaq qeyd etmək lazımdır ki, bu doğru yanaşma üsulu deyil. Əksinə belə münasibət gördükdə uşaq daha da aqressivləşə bilər, psinsipə düşə və bu hərəkətləri davamlı təkrarlaya bilər. Bilməliyik ki, 18 yaşa qədər uşaqlarda oral dönəmdir, yəni psixo-seksual inkişaf dönəmidir. Bu zaman uşaqlar əşyaları ağızları ilə, başqa sözlə dad alaraq tanımağa başlayırlar. Məsələn: 1 və ya 4 yaşlı uşaq hər hansı bir əşyanı , qələmi soraraq, dişləyərək ona ağzı ilə toxunaraq dərk etməyə başlayır.

Bəs bu problemdən çıxış yolu varmı? -dırnaq yemə vərdişi özgüvənsizliyin əsas əlamətlərindən biridir və onunla düz mütənasibdir. Stesslə başa çıxa bilməyən, həmin situasiyada daxili gərginlik yaşayan və bunun öhdəsindən gələ bilməyən insanlarda dırnaq yemə vərdişinə bir çox hallarda təsadüf olunur. Bu problemdən çıxış yolu kimi ilk addım uşaqlarda özgüvənsizliyi aradan qaldırmaq, özlərinə inanmalarını aşılamaqdır. Digər bir çıxış yolu stressini, gərginliyini kontrol edə bilməsini öyrətməkdir.

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar  Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, uzman- klinik psixoloq Narınc Rüstəmova

https://www.youtube.com/watch?v=pVAIpdQYGLw&list=RDCMUCaHrKpTu3nNYuDeFuT5-67A&index=8

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!