Jalə Qasımova övladı, Məhəmmədin problemləri üçün Narınc Psixologiya Mərkəzinə müraciət edib. Jalə xanım bildirir ki, Məhəmməd hiperaktiv uşaqdır, yerli-yersiz çox danışır eyni zamanda çoxlu suallar verir. Həmçinin Məhəmməd balamızın gecə enurezi(altını islatma) olur, yuxu rejimi normal deyil, yuxuda sayıqlamaları, danışmaları da olur, gün ərzində yaşadığı hadisələri təkrarlamağa başlayır. Hətta, yuxuda olan zaman dəfələrlə oyanıb danışır, qışqırır və əsəbiləşir. Məhəhəmməd balamız həm də, məktəblidir, həmçinin məktəbdə də sinif yoldaşları və həmyaşıdları ilə münasibəti normal deyil. Ətrafındakı insanlarla ünsiyyət qurmaqda çətinlik çəkir, məsuliyyətsizdir, sinif yoldaşları ilə tez-tez dava edir, dərs prosesinə maneçilik törədir. Bundan əlavə məktəb ləvazimatlarına-qələminə, kitabına, dəftərinə qarşı səliqəsizlik nümayiş etdirir, qələmlərini sındırır, yerə atır, kitabına qarşı səliqəsizdir.
Bu kimi problemlərin aradan qalxması və Məhəmməd balamızın əvvəlki vəziyyətinə qayıtması üçün Narınc ailəsi olaraq əlimizdən gələn bütün dəstəyi göstərəcəyik və uğurlu nəticələrimizi bölüşəcəyik!