“Uşaqların nitq inkişafına dəstək kartlarının təqdimatı”

22 yanvar 2023-cü il Narınc Uşaq Psixologiya Mərkəzinin tarixində yadda qalan,uğurlu və qürurlu gün kimi təqvimdə öz yerini aldı. Belə ki, Narınc Psixologiya Mərkəzinin təsisçisi, rəhbəri  Uzman-Klinik psixoloq Narınc Rüstəmova və mərkəzin baş defektoloq- loqopedi Səbinə Orucovanın birlikdə əməyi sayəsində üzərində 8 aydır ki, çalışdıqları “Uşaqların nitq inkişafına dəstək” kartlarının təqdimat mərasimi baş tutdu.

Fəaliyyət göstərdiyimiz müddətdə ən çox çətinlik yaşadığımız mövzulardan biri də öz ana dilimizdə, mental dəyərlərimizi əks etdirən, eyni zamanda ətraf mühitdə gördüyümüz obrazları əks edən, uşaqlar üçün nitqi inkişaf etdirəcək danışıq kartlarının demək olar ki, çox məhdud sayda, hətta belə demək mümkündürsə yox dərəcəsində olması idi. Bu sahədə, xarici dillərdə, ingilis, türk və rus dillərində yetərincə vəsait olduğu halda doğma Azərbaycan dilində belə vəsaitlərin məhdudluğu, bizə “ uşaqların nitq inkişafına dəstək” kartlarını ərsəyə gətirməyə stimul verdi. Həmçinin, bir uşağın inkişafında onun nitqi əvəzsiz faktordur və onun şəxsiyyətinin, kimliyinin formalaşmasında müstəsna rol oynayır. Cəmiyyətdə kifayət qədər autizm sindromundan, kəkələmədən və digər nitq problemlərindən əziyyət çəkən çox sayda uşaqlar var. Bu vəziyyət də öz növbəsində, bizi danışıq kartlarımızı ərsəyə gətirməyə vadar etdi.

Onu da edək ki, Narınc Rüstəmova “Uşaqların nitq inkifına danışıq” kartlarını oğlu Elnara itəfən hazırlayıb. 340 sayda kartdan ibarət olan “Uşaqların nitq inkifına danışıq” kartları geniş anlamda uşaqların kiçik yaşlarından 6-7 yaşına qədər nitq inkişaf mərhələlərinin hamısını əhatə edəcək səviyyədədir. Kartlarımızın içərisində təlimat kağızı da mövcuddur, belə ki, kartlarımızı əldə edən hər bir valideyn onu rahatlıqla nəzərdən keçirib övladına istifadə qaydaları haqqında məlumat verə bilər. “Uşaqların nitq inkişafına dəstək” kartları -12 növ təhlil məzmunlu nitq- inkişaf kartlarından ibarətdir. Bunlara:

1) Cümlə-hərəkət kartları

2) Niyə? Nə üçün? Səbəb nəticə kartları

3) Nə zaman? Nə vaxt? Zaman anlayışı kartları

4) Hara? Harada? Məkan anlayışı kartları

5) Motor-analiz kartları

6) Peşə anlayışı kartları

7) Emosiya kartları

8) Oral-motor gimnastika kartları

9) Təkhecalı kartlar

10) Cümlə analiz-sintez kartları

11) Böyük motor hərəkət kartları və

12) Səs təqlid kartları daxildir.

Məsələn: Təkhecalı kartlar sayəsində- yeni-yeni təkli ifadələrə başlamış uşaqlarda söz balansını artırmış oluruq. Çünki uşağın lügət ehtiyatında nə qədər çox söz olarsa, cümlə strukturuna da bir o qədər tez keçid etmiş olar. Digər kartımız olan Səs təqlid kartları sayəsində- aktiv nitqə yiyələnə bilməyən uşaqlarda, səs təqlidləri vasitəsi ilə danışıq səsləri ilə tanışlıq yaranır. Mərhələli şəkildə səslər birləşib heca, hecalar birləşib söz, sözlər isə birləşib cümlələri əmələ gətirir. Beləliklə də, birbaşa frazalı nitqə keçid edilir.

 Bizim mərkəz olaraq əsas amalımız təkcə uşaqları müalicə edib nəticə almaq deyil, həm də, bərabərində seanslara, psixoloq qəbuluna gələ bilməyən ailələrdə böyüyən uşaqlara bu kartların faydalı ola bilməsi, valideynlərin danışıq kartlarımızı əldə edərək övladlarının nitq inkişafına dəstək ola bilmələridir.

Qeyd etmək istəyirik ki, bu kartlar yalnız psixoloji, loqopedik və s. problemlərdən əziyyət çəkən uşaqlar üçün nəzərdə tutulmayıb, əksinə kartlarımız hər bir uşağın oyuncaq boxçasında, masasında ola biləcək və onların inkişafına yardım edəcək şəkildə hazırlanmışdır.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!