Harun balanın atası Gündüz Məmmədov oğlunun nitqindəki problemlərə görə mərkəzimizdən yardım istədi. Harun balanın nitqində problem var, danışa bilmir. Nitqi isə 1 yaşdan da aşağı səviyyədədir. Həmçinin balamızda anlama və qayvaramada da problemlər var. Eyni zamanda hiperaktivliyi də çox yüksək səviyyədədir. Təəssüf ki, Harun balamızın zəka yaşı da öz yaşı səviyyəsində deyil. Belə ki, Harun balamızın 7 yaşı olsa da zəka yaşı göstəriciləri 3 yaş səviyyəsindədir. Eyni zamanda Harun balada davranış pozuntusu da müşahidə edilir.
Biz də Narınc ailəsi olaraq, bizə üz tutan Harun balanın atasını gözəl nəticələrimizlə sevindirəcək və Harun balanın problemlərindən qurtulması üçün əlimizdən gələn dəstəyi göstərəcəyik.
Oxunub: 364