Şəhidimizin Anası özü və qızının problemləri üçün Narınc Psixologiya Mərkəzinə müraciət etdi

Şəhid Yusifov Hüseyn İsaq oğlu 12 iyul 2002-ci il tarixində Ağstafa rayonunun Poylu kəndində dünyaya dünyaya gəlib. 2020-ci ildə orta təhsilini bitirərən Hüseynin ailəsi, iyul ayının 12-də onun 18 yaşını qeyd edib. Bir gün sonra isə Hüseyn Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsindən həqiqi hərbi xidmətə yollanıb. Goranboy rayonunda N saylı hərbi hissədə xidmət edən Hüseyn İkinci Qarabağ müharibəsi başlanan gündən – sentyabrın 27-dən düşmənə qarşı döyüşlərə qatılıb. 2020-ci il oktyabrın 2-də isə Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 88 gün itkin düşmüş sayılan əsgərimizin nəşi dekabrın 26-da tapılıb. Hüseyn Yusifov Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Hüseyn Yusifov “Suqovuşanın azad olunmasına görə”, ”Cəsur döyüşçü”, ”Vətən uğrunda” medalları ilə təltif olunub .

Məmmədova Asya Qamət qızı Şəhidimiz Yusifov Hüseyn İsaq oğlunun anasıdır. Anamızda gərginlik, qarabasmalar olur. Şəhidimizin evdə, ailəsinin yanında olduğu vaxtlara qayıdır, bəzən elə bilir ki, evdə, onların yanındadır. Bu da onda həyəcan-təşvişə, yuxu pozulmalarına səbəb olur. Anamızın bildirdiyinə görə, psixiatr malicəsi alır, ancaq psixoloji terapiaya da ehtiyacı var.

Şəhidimizin bacısı, Yusifova Nurlanə İsaq qızı qardaşının Şəhid olması xəbərindən sonra travma alıb, müəyyən problemləri yaranıb. Belə ki, qızımızda da daxili gərginlik və həyəcan müşahidə olunur. Davamlı qardaşının qayıdacağını, əvvəlki kimi birlikdə olacaqlarını düşünür. Tez-tez Şəhidlər Xiyabanına gedir, qardaşının məzarını ziyarət edir.

Asya anamız həm özü, həm də, qızının problemləri üçün mərkəzimizə müraciət etdi. Biz də, Narınc ailəsi olaraq vəzifə borcumuzu yerinə yetirib, həm Şəhidimizin anası, həm də bacısının tezliklə problemlərindən qurtulması üçün əlimzdən gələn bütün köməyi göstərəcəyik!

Uca Tanrıdan Şəhidlərimizə rəhmət, Qazilərimizə şəfa diləyirik!

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!