Geriliyi və davranış pozuntusu olan Amilin valideyni mərkəzimizə üz tutdu. Amil balada hiperaktivlik, daxili gərginlik, aqressivlik müşahidə olunur. Ətrafı, yaşıdları ilə düzgün münasibət qura bilmir, onlarla dalaşır. Həmçinin balamızda əqli gerilik də müşahidə olunur. Ünsiyyət çətinliyi və davranış pozuntusu da var.
Bu problemlərə görə Amil balanın anası mərkəzimizə müraciət etmişdir. Biz də narınc Psixologiya Mərkəzi olaraq Amil balamızın tezliklə problemlərindən qurtulması üçün əlimizdən gələn bütün dəstəyi göstərəcəyik!
Oxunub: 289