Mükəmməlsən
Gözəlsən
Bacararsan
kimi təriflər övladlarımıza zərər verir və nə üçün tərifləndiyini belə tam anlamır.
- Dostlarınla yaxşı yola gedirsən. İnsanlar səninlə zaman keçirməkdən zövq alırlar.
- Çox çalışqansan və həmişə əlindən gələni etməyə çalışırsan.
- Ətrafındakılara hörmətcil yanaşmağın və faydalı olmağa çalışmağın həqiqətən qürurvericidir.
- Özünəgüvənin çox gözəldi, həmişə yeni şeyləri sınamaqdan qorxmursan.
- Uğurlarını qeyd etməyə layiqsən, çünki sən çox şeyə nail olmusan!
Övladlarımızı fiziki görünüşündən çox etdiklərinə görə tərifləmək onlarda sağlam özünə hörmət, yüksək motivasiya, güclü sosial bacarıqlar və özünü tənzimləmə qabiliyyətini inkişaf etdirir.
Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova
Oxunub: 1,448